Bakı ofisi: Bakı şəhəri, Sabunçu qəsəbəsi, şəhər şossesi. Tel: (+994 12) 450 34 17 Faks: (+994 12) 550 81 53 Xaçmaz ofisi: Xaçmaz rayonu, Yergüc kəndi, "EMA"


О компании

 "EMA" şirkəti.1996-cı ildə öz fəaliyyətini başlayib. 16 iyul 1996-cı il tarixində Azərbaycan Milli Məclisi Respublikada aqrar islahatın keçirilməsi üçün qanun qəbul edir. Həmən ilin 13 avqustunda ölkə Prezidenti bu qanunun icra olunmasına dair sərəncam imzalayır. Bu kompaniyanın gedişinə nəzarət məqsədilə Nazirlər Kabinetinin yanında Dövlət Komissiyası təşkil edilir.
      Respublikada kiçik fermer təsərrüfatlarının yaradılması, ictimai istehsal sektorundan fərdi sektora keçid ölkədə ərzaq probleminin qısa bir zamanda çox asan həll olunması kimi qəbul edilə bilməzdi. Əksinə, kənd təsərrüfatı malları istehsalının sütunu sayılan toxumçuluqda, gübrə və bitki mühafizə vasitələrilə təminatda aqrotexniki tədbirlərin həyata keçirilməsi üçün zəruri texnika təminatında çətinliklərlə üzləşdi (traktorlar, kombaynlar, çiləyicilər, kotanlar, toxum səpənlər, ot biçənlər və s.)
     Çətinliklər sırasında texnika və bitki mühafizə sahəsi ilə əlaqəli məsələlər daha qabarıq nəzərə çarpırdı, çünki ölkənin kənd təsərrüfatının texnika və bitki mühafizəsi vəsaitlərinə olan tələbatını planlı, müntəzəm və lazımi həcmdə təmin edən kənd aqrotexnika və kənd aqrokimya birliyi artıq fəaliyyət göstərmirdi. Yenisi isə yaradılmamışdır. Müasir texnika olmadan və bitki mühafizə vəsaitlərindən istifadə etmədən (gübrələr və pestisidlər) məhsuldarlığı artırmaq, nə də məhsulun keyfiyyətini yaxşılaşdırmaq mümkün deyildir. Odur ki, ölkəyə texnikaları və bitki mühafizə vəsaitlərini idxal edən və onun satışını təşkil edən bir sabit şirkət iazım idi. Məhz bu zərurətdən “EMA” şirkətinin yaranması və fəaliyyəti mənim qabağıma qoyduğum vacib məsələlərdən biri oldu. Bu günkü gündə “EMA” şirkəti yerli fermerlər arasında yüksək reyting və populyarlığa malikdir.
     1996 - cı ildən şirkət 6 nəfər işçi ilə fəaliyyətə başlamışdır. Hal hazırda şirkət işçilərinin sayı 42 nəfərdən artıqdır.Şirkətin əməkdaşlarının əksəriyyəti yüksək ixtisaslı mütəxəssislərdir.
Həmin mütəxəssislər Avropa və Amerikada ixtisaslaşdırma kurslarında və treyninqlərdə iştirak etmişlər. Şirkətimiz müntəzəm olaraq beynəlxalq layihələrdə və tədbirlərdə iştirak edir.
     "EMA" MMC Avropanın və Amerikanın qabaqcıl pestisid istehsal edən şirkətləri ilə müqavilə əsasında iş birliyi qurmuş, bir neçə şirkətin Azərbaycanda rəsmi distribüteri kimi fəaliyyət göstərir.Bunlar Almaniyanın "Basf", "Bayer", Amerikanın "Stokton", Bolqarıstanın "Lewey Marketing" Yunanstanın "Agriforce", İspaniyanın "Genta" Türkiyənin  "Hektaş" şirkətləridir.

Kompaniya texniki , realizasiya , marketing, muhasibatlıq və servis – dezinfeksiya şöbələrindən ibarətdir:

1. Bitki mühafizəsi sahəsi ( gətirilmə və realizasiya)
  1. Pestisidlər (insektisidlər, funqisidlər, herbisidlər və sairələr)
  2. Makro, mikro gübrələr
  3. Toxumlar
  4. Şitilçilik

2. Baytarlıq sektoru
  1. Baytarlıq dərman preparatları
  2. Yem və yem qatqıları
  3. Heyvandarlıq sahəsi üçün mexaniki vəsaitlər

3. Sulama sistemi
  1. Damcı- sulama sistemi
  2. Damcı- püskürtmə sistemi

4. Dezinfeksiya və deratizasiya
  1. Məişət obyektləri, otellər və iaşə obyektləri
  2. Bağlar və şəxsi həyətyani sahələrin dərmanlanması Amerika və Avropa istehsalçılarının texnikası ilə dezinfeksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsi.

5. Aqrotexniki servis
 1. Dərman preparatlarının sahələrə səpilməsi üçün Turbo və Ştanklı çiləyicilər. 
 
 
  2010 ildə müştərilərin sayı və təlabatlarını genişləndirmək və fermerlərin vaxtını və rahatçılıqını düşünərək biz Xaçmaz rayonunun Yergüc kəndində şirkətimizin “EMA Fermer Evi” filialını açdıq.

Sertifikatlar