TYLOVET ® B-50, B-200

TİLOVET (farmazin)

200 q

Heyvanlar üçün 

 

 

Antibiotik 

 

Tərkibi: tilozin əsasa ekv.tilozin tartrat  50, q

Köməkçi komponentlər: 100,0 q qədər 

 

 

Təsiri: Tilazin qrammüsbət və bəzi qrammənfi mikroorqanizmlərə, sadə və iri viruslara: kokklara, klostridiyalara, erizipelotrikslərə, pasterelyaya, serpulina (spiroxet), vibrionlara, leptospirlərə, brusellalara, neyseriyaya, rikxetsiyaya, hemofilyuslara, xlamidiyalara, eləcə də  mikoplazmalara və bəzi anaerob mikroorqanizmlərə və.s   qarşı fəallıq göstərən makrolid bateriostatik antibiotikdir. 

Tilozin öz fəallığına görə bir çox kimyaterapevtik preparatları üstələyir. Peroral qəbul zamanı mədə bağırsaq yolundan yaxşı sorulur, orqan və toxumalara keçir və əsas etibarı ilə öd və sidiklə, laktasiya heyvanlarında isə südlə, erkəklərdə sperma ilə xaric olur.  Tetratsiklinlə, sulfanilamidlə, nitrofuronlarla, eritromisinlə spektinamisinlə birgə istifadə oluna bilər. Tilozin məhlulu termosabitdir, lakin işığa həssasdır. 

Göstərişlər: Mycoplasma galliseplicum, M.synoviae, M.melaegridlisin törətdiyi mikoplazmoz infeksiyalarında, hemofilez, spiroxetoz və vibroz zamanı;  donuzlarda-dizenteriya, nekrotik enterit və bakterial etiologiyalı qastroenterokolit zamanı   müalicə və profilaktika məqsədi ilə istifadə olunur.

Əks göstərişlər:   Preparatdan dovşanlarda, hind donuzunda və dağsiçanında istifadə etmək olmaz. İnsanlar tərəfindən istifadəsi nəzərdə tutulan yumurtlayan toyuqların yumurtasından istifadə etmək qadağandır. 

Kənar təsirlər: Donuzlarda nadir hallarda eritema, anus nahiyəsində qaşınma meydana gəlir. Simptomlar preparatın qəbulu dayandırıldıqdan dərhal sonra itir və əlavə müalicə tələb olunmur. 

Şəxsi profilaktika tədbirləri: 

İstifadə zamanı əlcək, eynək və qoruyucu maskalardan istifadə etmək lazımdır. 

İstifadə qaydası:  Daxilə su ilə, maye ilə  içmək üçün. Tilovetin müəyyən dozası bir qədər suda qabaqcadan həll edilir (bu zaman su preparata əlavə olunur, əksinə yox), bundan sonra məhlul lazımı konsistensiya halına salınır. Təknələri birbaşa günəş şüalarının düşmədiyi yerlərdə qoymaq lazımdır. 

Apteklərdən buraxılış şərtləri:  Həkim resepti əsasında 

 

Dozalar: Profilaktika məqsədilə aşağıdakı sxem üzrə quşlara  1 litr içməli suya preparatın 1,0 q konsentrasiyasını (=0,5 q və ya 500 000 ME tilozin əsası) təyin edirlər: 

 

 

Heyvanın növüYaşı İstifadə müddəti (sutka)

Сücə-broyler 

Körpə heyvan şəxsi cinsli 1-ci gün-28 gün

1-ci gün -3-cü həftə, 9-cu, 20-ci həftə  1, 3

3,1

Damazlıq yumurtlayan toyuqlar 1-0 gün, 4-cü, 9-cu, 16-cı, 20-ci, 24-cü həftə 2 3

Hinduşka balası-broyler 1-ci gün , 4-cü həftə 2,3,1

 

Müalicə məqsədilə: Tiloveti xəstəliyin ağırlığından asılı olaraq 3-6 gün ərzində eyni konsentrasiyada quşlara tətbiq edirlər. 

Donuzların müalicəsi üçün preparatdan 1 litr içməli suya  0,5 qr dozada (250 00 ME) 3-5 gün ərzində. Diareya bitdikdən sonra müalicəni sutka ərzində davam etdirmək lazımdır. 

Xüsusi göstərişlər: Quşların və donuzların ətlik üçün kəsilməsinə preparatdan istifadəni bitirdikdən sonra 5 sutka ərzində yol verilir. 

Saxlama şəraiti: istehsalçının orijinal qablaşdırmasında, quru, günəş şüalarının düşmədiyi yerlərdə 0°  C və 30° C temperaturda saxlamaq. 

İstifadə müddəti:  İstehsal edildiyi tarixdən  üç il. 

Axtarış

Ən çox satılan

Yeni məshullar

Hava durumu

Sertifikatlar