Eryistin plus

ERİSTİN PLUS (TOZ)

 

Tərkibi: 

1 qramın tərkibində: 

Eritromisin tiosianat              350 mq

Kolistin sulfat                       500000 vahid.

Bromgeksin hidroxlorid         10 mq. 

 

Xüsusiyyətləri və göstərişlər:

ERİSTİN PLYUS özündə bromgeksinlə birgə antibiotiklərin kombinasiyasını  əks etdirir ki, bunlar da mikoplazmaya sinerjik təsir göstərir. Preparat qrammüsbət vəqrammənfi bakteriyalara qarşı geniş təsir spektrinə malikdir, bundan başqa traxeyada və burun dəliklərdə selikli və kazeoz ekssudata mukolitik bəlğəmgətirici vasitə kimi təsir göstərir, səbəbi bakterial və ya virus mənşəli respirator infeksiya olan bu ifrazatların xaric olmasına şərait yaradır. 

ERİSTİN PLYUS xroniki respirator xəstəliklərin, infeksion sinovitlərin, infeksion sinusitlərin və rinitlərin müalicəsi zamanı yüksək effektivliyə  malikdir. 

ERİSTİN PLYUS ev quşlarında, buzovlarda və quzularda enteritlərin və diareyanın müalicəsi zamanı  yüksək effektivliyə  malikdir.

ERİSTİN PLYUS quşların vaksinasiyasından, daşınmasından və dimdiklərinin kəsilməsindən sonra pozuntuları azaltmaq üçün nəzərdə tutulub. 

 

Dozalama və preparatın yeridilməsi: 

 Ev quşları: 100 q/200 litr içməli suya, 3-5 gün ərzində

Buzov və quzular: 1 q/5kq bədən kütləsinə 3-5 gün ərzində

 

Preparatdan istifadəsi başa çatdıqdan sonra gözləmə dövrü: 

Müalicəyə məruz qalmış ev quşlarından və heyvanlarından hazırlanmış məhsullar müalicə müddəti ərzində və sonuncu dozanın yeridilməsindən sonra 3 gün ərzində insan tərəfindən qida kimi istifadə oluna bilməz. 

 

Saxlama şəraiti: 

30° C-dən aşağı temperaturda quru yerdə saxlamaq. 

 

Qablaşdırma: 

200 q, 500 q, 1 kq. 

Axtarış

Ən çox satılan

Yeni məshullar

Hava durumu

Sertifikatlar