Reedox plus

REEDOX   PLYUS (toz)

Tərkibi: 

 

1 qramın tərkibində:

 

Doksitsiklin giklat                  200 mq 

Kolistin sulfat                          600000 ME 

 

Xüsusiyyətləri və göstərişlər: 

 

REEDOX PLYUS-un tərkibində doksitsiklin vardır,  mikoplazmaya, qrammmüsbət və qrammənfi bakteriyalara qarşı geniş təsir spektrinə malik antibiotikdir. Bundan başqa, tərkibində kolistin mövcuddur ki, bu da qrammənfi bakteriyalara qarşı yüksək effektivliyə malikdir və yerli yüksək təsirlə xarakterizə olunur ki, bu da müxtəlif bakteriyaların törətdiyi bağırsaq infeksiyalarının  müalicəsinin effektivliyini artırır. 

 

REEDOX PLYUS quşlarda, buzovlarda və quzularda müxtəlif respirator və mədə-bağırsaq və sidik-cinsiyyət infeksiyalarının müalicəsi üçün nəzərdə tutulub. 

REEDOX PLYUS quşların respirator mikoplazmozu, infeksion riniti, havadaşıyan kisəciklərin iltihabının, infeksion sinusitin və sinovitinin müalicəsi üçün nəzərdə tutulub.

REEDOX PLYUS  ev quşlarında nekrotik və xora enteritinin müalicəsi üçün nəzərdə tutulub.

REEDOX PLYUS quşlarda, buzov və quzularda  E Coli, Salmonella, Shigella, Klebsiella, Pseudomonas və Clostridiya-nın törətdiyi enteritin və diareyanın  müalicəsi üçün nəzərdə tutulub.

 

 

Dozalama və istifadəsi: 

Ev quşları: 100 qr/200 l içməli suya 3-5 gün ərzində 

Buzov və quzu: 1 qr/10 kq xalis çəki 3-5 gün ərzində 

 

Gözləmə dövrü: 

Müalicəyə məruz qalmış quşun ətindən istifadə etmək və sonuncu dozanın qəbulundan sonra  7 gün ərzində istifadə etmək olmaz

 

Müalicəyə məruz qalmış  heyvanların  ətindən istifadə etmək və sonuncu dozanın qəbulundan sonra  14 gün ərzində istifadə etmək olmaz

Saxlama şəraiti: 

30° C-dən aşağı temperaturda, quru və qaranlıq yerdə  saxlamaq. 

 

Qablaşdırma: 

100 qr, 500 qr, 1 kq. 

Axtarış

Ən çox satılan

Yeni məshullar

Hava durumu

Sertifikatlar