Tilmotril

TİLMOTRİL (maye)

 

Tərkibi: 

 

1 milliqramın tərkibində: 

Tilmikosin (fosfat formasında)           150 mq

Enrofloksatsin          100 mq

 

Xüsusiyyətləri və göstərişlər: 

TİLMOTRİL özündə antibiotiklərin kombinasiyasını əks etdirir ki, bunlar da qrammmüsbət və qrammənfi bakteriyalarla mikoplazmaya qarşı geniş spektrli gücləndirici təsirə malikdir.   

TİLMOTRİL quşlarda, buzovlarda və quzularda Mycoplasma, Streptococci, Staphylococci, Pasteurella (Flow cholera), Haemophilus və E.Coli, Salmonella-nın    törətdiyi müxtəlif respirator və mədə-bağırsaq infeksiyalarının müalicəsi üçün nəzərdə tutulub.  

 

TİLMOTRİL ev quşlarında Mycoplasma gallisepticum, Mycoplasma synoviae-nin törətdiyi respirator infeksiyaların müalicəsi üçün nəzərdə tutulub. Tilmikotsinə və enrofloksatsinə həm də Ornithobacterium rhinotracheale, Pasteurella multocida və digər orqanizmlər həssasdır.   

TİLMOTRİL böyük fərdlərdə ölüm halını azaldır və məhsuldarlığı artırır.  Quşlarda respirator mikoplazmozun, infeksion rinitin,  havadaşıyan kisəciklərinin iltihabı və infeksion sinusitin, infeksion sinovitin, omfalitin müalicəsi üçün nəzərdə tutulub. 

TİLMOTRİL buzov və quzularda pnevmoniyanın və dırnaq irinin müalicəsi   üçün nəzərdə tutulub.

 

Dozalama və istifadəsi:  

Ev quşları: 100 ml/200 l içməli suya 3-5 gün ərzində. 

Buzov və quzu: 1 ml/20 kq canlı çəki  3-5 gün ərzində.

 

Gözləmə dövrü: 

Quşdan müalicə müddəti ərzində və sonuncu dozanın yeridilməsindən sonra 12 gün ərzində qida kimi istifadə etmək olmaz. 

 

Buzov və quzulardan müalicə müddəti ərzində və sonuncu dozanın yeridilməsindən sonra 7 gün ərzində qida kimi istifadə etmək olmaz.

 

Saxlama şəraiti: 

30° C-dən aşağı temperaturda saxlamaq. 

 

Qablaşdırma: 

100 ml, 500 ml, 1 l. 

Axtarış

Ən çox satılan

Yeni məshullar

Hava durumu

Sertifikatlar