Omite
Aktiv maddə: 57 % proparqit
Formulyasiya: Emulsiya konsentratı
Özəlliklər: Kontakt və buxar təsirli spesifik bir akarisiddir. Gənənin ziyanvermə mərhələlərində təsirlidir. Çiləmədən sonra bitki üzərindəki gənənin qidalanması dayanır, ziyanvurma qabiliyyəti itir. 3-4 gündən sonra isə ölməyə başlayır. Təsir müddəti ən azı 3 həftədir. çiləmədə maksimum effekt almaq üçün bitki preparatla tam isladılmalıdır. Havanın temperaturu 25°C-dən yuxarı olduqda təsiretmə daha da güclənir. Gənə yumurtalarına təsir etmədiyindən, yumurtalar açılan vaxt tətbiq olunur və gənənin bütün hərəkət edən fərdlərini məhv edir. Çiləmə aparıldıqdan 6 saat sonra yağan yağmurlar təsirini azaltmır. uzunmüddətli günəş şüalarına və ultrabənövşəyi şüalara davamlıdır. 
Qablaşdırma: 1l
 
İstifadə edildiyi bitki və xəstəliklər
Bitki adı
Ziyanvericilərin adı
Məsarif norması
(gözləmə müddəti)
Bağ 
İki nöqtəli qırmızı hörümçək (Tetranychus urticae)
100 ml (7)
Alma 
Yemişan gənəsi (Tetranychus viennensis)
75 ml (7)
Badımcan 
İki nöqtəli qırmızı hörümçək (Tetranychus urticae)
100 ml (21)
Pambıq 
İki nöqtəli qırmızı hörümçək (Tetranychus urticae)
175 ml/da (7)
Pambıq
Qırmızı hörümçək (Tetranychus cinnabarinus.)
200 ml/da (7)
 

Axtarış

Ən çox satılan

Yeni məshullar

Hava durumu

Sertifikatlar