Alfosetil
Aktiv maddə: %80 Fosetyl-AL
Formulyasiya:  WP (Suda həll olunan toz)
Özəlliklər: Bitkinin öz suyunda yarpaqdan kökə, kökdən yarpağa köçürə bilən iki tərəfli sistemik funqisiddir. 
Qablaşdırma: 1kq, 250 qr
 
İstifadə edildiyi bitki və xəstəliklər
 
Bitki adı
Zərərlilərin adı
Məsarif norması
Son dərmanlama ilə biçin arasındakı müddət
Sitruslar
(Limon, portağal, qreyfrut, naringi)
Sitrus meyvələrində qonur çürüklük və gövdə yapışması
 (Phytophthora citrophthora)
200 qr/100 l su
14 gün
Sitruslarda zərər sonrası qonur meyvə çürüklüyü
(Phytophthora citrophthora)
300 qr/100 l su
Meyvələr dərmanlı suda 3 dəqiqə ərzində saxlanılır.
Armud
Yumuşaq çəkirdəkli meyvə ağaclarında  yanıqlıq
(Erwinia amylovora)
400 qr/100 l su
14 gün
HƏR DƏRMANLAMADAN ÖNCƏ AĞACLARDAKI XƏSTƏLİKLİ HİSSƏLƏR DEZİNFEKTANA
BATIRILMIŞ BİR ALƏT İLƏ KƏSİLMƏLİDİR.
Xiyar, Yemiş
Qabaqkimilərdə mildiyö
(Pseudoperonospora cubensis)
200 qr/100 l su
3 gün
Soğan
Soğan mildiyösü
(Peronospora destructor)
150 qr/100 l su
14 gün
Pomidor
Pomidor mildiyösü
(Phytophthora infestans)
250 qr/100 l su
7 gün
 
Öncə etiketi oxuyun.
  • Evdə istifadə etməyin.
  • Uşaqlardan, qida və heyvan yemlərindən uzaq tutun.
  • Bitki qoruma preparatlarından tətbiq edilməsi zamanı heç bir şey yeməyin, içməyin, siqaret çəkməyin. 
  • Bitki qoruma preparatın tətbiq olunmuş sahəyə bitki qoruma preparatı quruyana qədər insan və heyvan buraxmayın.
  • İnsan və ətraf mühitə dəyə biləcək risklərin qabağını almaq üçün tövsiyə edildiyi şəkildə və tövsiyə edilən dozada istifadə olunur.
TÖVSİYƏ EDİLƏN MƏHSULLARDAN BAŞQA İSTİFADƏSİ QƏTİ DAĞANDIR.
ZƏHƏRLƏNMƏ ƏLAMƏTLƏRİ: Həddindən artıq dozada alındığında yuxu halı, titrəmə, nəfəs darlığı, əzələlərin dartılması baş verə bilər. Digər zərərlilik əlamətləri “Zərərlilik ifadələri (H)” bölümündə göstərilmişdir.
 
İLK YARDIM TƏDBİRLƏRİ:
Göz: Təmas halında 15–20 dəqiqə ərzində göz açıqkən bol su ilə yuyun. Lazım olduğu təqdirdə həkimə müraciət edin.
Dəri: Təmas halında çirklənmiş qeyimləri çıxardın. Dərmanın dəydiyi vücud hissələrini 15–20 dəqiqə ərzində bol su və sabun ilə yuyun. Yayılma və həssasiyət vəziyyətində həkimə müraciət edin.
Udma:  Udulması halında qusdurun. Dərhal həkimə müraciət edin. Dərman etiket və ya qablaşdırılmasını həkimə göstərin. Şüuru qapalı xəstəyə ağızdan bir şey verməyin və qusdurmayın.
Nəfəs alma: Zərər görən insan təmiz havaya çıxarılmalıdır. Nəfəs alma çətinliyi mövcuddursa oksiqen verin, nəfəs almırsa süni tənəffüs edin. Həkimə müraciət edin.
 
ANTİDOTU  VƏ MÜALİCƏSİ:
Xüsusi bir antidotu yoxdur. Əlamətlərə görə müalicə tətbiq olunmalıdır.
 
®HEKTAŞ TİCARET T.A.Ş’nin tescilli markasıdır.
 
XƏBƏRDARLIQ SÖZÜ: TƏHLÜKƏ
 
ZƏRƏRLİLİK İFADƏLƏRİ (H):
H318 Ciddi göz zədələnməsinə gətirir.
 
TƏDBİR İFADƏLƏRİ (P):
P280 Qoruyucu əlcək/qoruyucu geyim/göz qoruyucu/üz qoruyucudan istifadə edin.
P305+P351+P338 GÖZ İLƏ TƏMASI HALINDA: Su ilə bir neçə dəqiqə diqqətli yuyun. Kontakt linzaları çıxardın. Yumağa davam edin.
P310 Dərhal ZƏHƏR MƏRKƏZİNİ və ya  həkimə müraciət edin.
P501 İçindəkiləri/qabını göstərilən əsasnaməyə uyğun aradan qaldırın.
EUH401 İnsan sağlığına və ətraf mühitə yönəlmiş risklərinin qabağını almaq üçün istifadə təlimatlarına riayət edin.
 
BİTKİ QORUMA MƏHSULUNUN TƏTBİQƏ HAZIRLANMASI: Tövsiyə dozasını nəzərə alaraq bitki qoruma məhsulu öncə ayrı bir qabda bir miqdar su ilə qarıştırılır. Çiləmə aparatının çəni yarısına qədər su ilə doldurulur. Aparatın qarıştırıcısı çalışırkən qarışım çənə əlavə edilir. Qarıştırmağa davam edilərək çən suyla tamamlanır. Çiləmənin tamamlanmasına qədər qarışdırılma davam edilir. Hazırlanan bitki qoruma məhsulunu eyni gündə istifadə edin.
TƏNZİMLƏMƏ: Çiləmədən öncə çiləmə aparatının tənzimlənməsi həyata keçirilməlidir. Çiləmə zamanı dərmanlanacaq ərzinin dərmanla tam ötrülməsi üçün qarışım miqdarı dəqiq ölçülməlidir. Çiləmə günün sərin saatlarında küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.
ÇİLƏMƏ APARATININ TƏMİZLİYİ: Çiləmənin tamamlanmasından dərhal sonra çiləmə aparatının çənini təhlükəsiz bir şəkildə boşaldın. Çənə təmiz su doldurduqdan sonra qarıştırıcı və çiləyici sistemlərini çalışdıraraq bütün parçaların yuyulmasını təmin edin. Yuyulma işlərini su  mənbələrin yaxınında aparmayın. Yuma suyunu və tullantıları su mənbələrinə boşaltmayın.
BİTKİ QORUMA MƏHSULUN İSTİFADƏ ŞƏKLİ:
Alfosetil 80 WP  bitkinin öz suyunda yarpaqdan kökə, kökdən yarpağa daşına bilən iki yönlü sistemik bir funqisiddir. Bu səbəblə tətbiq olunduğda 5-6 saat sonra şiddətli yağış belə olsa tətbiqi təkrar etməyə ehtiyac yoxdur. Ancaq bitki qoruma məhsulunun qısa müddətdə və homogen olaraq bitkinin öz suyuna keçə bilməsi üçün yaxşı bir islatma təmin olunmalıdır.
Sitrus meyvələrində qonur çürüklüyü və gövdə yapışması xəstəliyi:
*Meyvə infeksiyalarına qarşı:
1-ci tətbiq: Payızda yağışlar başlamadan və ya ilk yağışlardan dərhal sonra aparılmalıdır.
2-ci tətbiq: Havalar yağışlı olsa 1-ci tətbiqdən 15 gün sonra aparılmalıdır.
*Gövdə infeksiyalarına qarşı:
Enfeksiyalı ağaçlardakı yaralar oktyabr, yanvar və mart aylarında odun səthinə qədər təmizlənməlidir. Gövdə və kök boğazı infeksiyalarında bir tətbiq aparılır. Yara yerindəki qabıq təmiz bir bıçaq ilə tamamən təmizlənməli və xüsusiylə ağac tacının 1-1,5 m yüksəkliyə qədər olan hissələri yaxşı dərmanlanmalıdır.
Sitrusda zərər sonrası qonur meyvə çürüklüyü: Meyvələr qarışımda 3 dəqiqə müddətində saxlanılır.
Armud atəş yanıqlığı: Çiçək başlanğıcı və tam çiçəktə  çiləmələr. Həstəlik üçün uyğun şərtlər davam edersə, 3-cü çiləmə lazım ola bilər.
Xiyar, Yemişdə yalancı mildiyö: Çiləməyə bitkilər kol atmağa başlayanda ya da ətrafda ilk həstəlik əlamətlərinin görülməsi ilə başlanır, 10 gün ara ilə təkrarlanır.
Soğan mildiyösü: Ətraf mühitdə ilk həstəlik əlamətləri görüləndə çiləməyə başlanılır. 10 gün ara ilə çiləmə aparılır.
Pomidor mildiyösü: Çiləməyə ətrafdakı pomidor yarpaqlarında 3-5 mm miqyasında qonur ləkələrin altında ağ kül kimi örtünün görülməsiylə və ya xəstəliyin her il çıxtığı yerlərdə, həstəlik üçün uyğun şərtlər görüldüyü halda çiləməyə başlanılır. Həstəliyin seyrinə və iqlim şəraitlərinə görə 10 gün aralıqla çiləməyə davam edilir.
MÜQAVİMƏT İLƏ BAĞLI MƏLUMAT: Alfosetil 80 WP  adlı bitki qoruma məhsulu, təsir mexanizminə görə Qrup U:33 olaraq sinifləndirilmiş bir funqisiddir.  Eyni təsir mexanizminə sahib bitki qoruma məhsullarının təkrarlayan çiləmələri, müqavimət inkişafını təşviq etməktədir. Bu səbəblə, müqavimət inkişafını gecikdirmək üçün Alfosetil 80 WP’nin eyni istehsal sezonu daxilində tövsiyə olunan toplu çiləmə sayısını keçməyin. Çiləmənin təkrarlanması lazım olduğu halda isə, fərqli təsir mexanizminə sahib (Qrup U:33 xarici) bitki qoruma məhsullarının istifadəsinə diqqət göstərin.
QARIŞDIRILMA İMKANI:
Yarpaq gübrələri, misli bitki qoruma məhsulları ilə qarışdırılmaz. Yağ və ya yağlı bitki qoruma məhsulları, bitki qoruma məhsulunun yarpaqlara nüfuzunu önlədiyindən sonra istifadə olunmalıdır. Bitki qoruma məhsullarında fərqli keyfiyyətdə dolğu maddələri istifadə olunduqdan, qarışdırılaraq yayğın çiləmədən önce kiçik miqyasda sınaqların aparılması məsləhət görülür.
İSTİFADƏ EDİLƏRƏK VƏ AMBARLANARAQ DİQQƏT EDİLƏCƏK XÜSUSLAR
  • Bitki qoruma məhsulunu qablaşdırılmasında qapalı olaraq mühafizə edin.
  • Boşalan qabları başqa məqsədlər üçün qətiyyən istifadə etməyin.
  • Boşalan qida və içəcək qutularına bitki qoruma məhsulunu qoymayın.
  • Arılar üçün zəhərlidir. Çiçəklənmə zamanı istifadə etməyin.
  • Balıqlar üçün zəhərlidir, yeraltı və yerüstü sularına bulaştırmayın.
  • Alfosetil® 80 WP sürətli nəm çəkici olduğundan torpaqlaşmaması üçün hava almayacak şəkildə qorunmalıdır.
 
AMBARLAMA ŞƏRTLƏRİ:
Normal (sərin və quru) şərtlərdə orijinal qabında açılmadan saxladığında 3 il müddət ilə bitki qoruma məhsulunun fiziki, kimyəvi və bioloji xüsusiyyətlərində dözümlülük sərhədləri xaricində  dəyişiklik olmaz.
FİRMA BƏYANI:
Orijinal qablaşdırılmalarında satılmak şərti ilə, emalatcılar bitki qoruma məhsullarının keyfiyyətinin zəmanətini verirlər. Emalatcılar məhsullarının səhv ambarlanması və ya səhv tətbiqi və ya tövsiyələrə uyğun hərəkət edilmədiyi hallar nəticəsində baş verəcək zərər üçün cavabdehlik daşımır.
RUHSAT SABİHİ VE İMALATÇI FİRMA:
HEKTAŞ TİCARET T.A.Ş.

Axtarış

Ən çox satılan

Yeni məshullar

Hava durumu

Sertifikatlar