Atreus

 Aktiv maddə: 310 gr Pyrimethanil + 95 gr Trifloxystrobin

Formulyasiya:  Suspenziya konsentratı
Özəlliklər: Atreus iki fərqli aktiv maddənin bir araya gəlməsi ilə yaranan suspenziya konserntratlı funqisiddir. Bu iki aktiv maddədən biri olan Pyrimethanil, anilinopyrimidine qrupundan kontakt, translaminar təsirli, qoruyucu və müalicəvi funqisittir. Funqal hücrədə methionine sentezinin qabağını almaqla təsir göstərir. Trifloxystrobin isə, təbii mühitdə yaranan bir göbələk tipindən əldə edilən bir metabolittir və funqal hücrədə başlanqıc dövründəki spor cücərməsinin və miseliyal inkişafının qabağını almaqla təsir göstərir. Atreus həm qoruyucu həm də müalicəvi xüsusiyyətlərə sahibdir.
Qablaşdırma: 500 ml
 
İstifadə edildiyi bitki və xəstəliklər
Bitki adı
Xəstəlik adı
Istifadə miqdarı
Son dərmanlama ilə biçin arasındakı müddət
Alma
Alma dəmgili   
(Venturia inaequalis)
45 ml / 100 l su
14 Gün 
Armud 
Almud dəmgili  
(Venturia pyrina)
45 ml / 100 l su
14 Gün 
 
TƏSİR ŞƏKLİ:
Atreus® iki fərqli aktiv maddənin bir araya gəlməsi ilə əmələ gələn suspenziya konsentratlı formulyasiyaya sahib funqisiddir. Bu iki aktiv maddədən biri olan Pyrimethanil, anilinopyrimidine qrupundan kontakt, translaminar təsirli, qoruyucu və müalicə edici xüsusda bir funqisiddir. Funqal hücrədə  methionine sintezinin qarşısını alaraq təsirlisir. Trifloxystrobin isə, təbii  mühitdə inkişaf edən bir göbələk növündən əldə edilən bir metabolitdir və funqal hücrədə mitkondri nəfəs almanı, erkən dövrdəki spor çimlənməsini və miseliyal inkişafının qarşısını alaraq təsir göstərir. Atreus® bu təsir mexanizmiylə həm qoruyucu həm də müalicə edici xüsusiyyətlərə sahibdir.
 
BİTKİ MÜHAFİZƏ PREPARATININ İSTİFADƏYƏ HAZIRLANMASI:
Tövsiyə dozasıni nəzərə alaraq bitki mühafizə preparatı öncə ayrı bir qabda bir miqdar su ilə qarıştırılır. Dərmanlama aparatının çəni yarıya qədər suyla doldurulur. Aparatın qarıştırıcısı çalışırkən dərmanlı su çənə əlavə edilir. Qarıştırmağa davam edilərək çən suyla tamamlanır. Çiləmə tamamlanana qədər qarıştırmağa davam edilir. Hazırlanan bitki mühavizə preparatı eyni gün ərzində istifadə olunmalıdır.
 
TƏNZİMLƏMƏ: Çiləmədən öncə dərmanlama aparatının tənzimləsi aparılmalıdır. Çiləmələrdə tam bir örtülməni təmin edəcək şəkildə dərmanlı su miqdarı tənzimlənməlidir. Çiləmələr günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitlərində aparılmalıdır.
 
Dərmanlama aparatının təmizliyi: Çiləmənin tamamlanmasından dərhal sonra dərmanlama aparatının çəni etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su doldurulduqdan sonra qarıştırıcını və püskürtmə sistemini çalıştıraraq bütün hissələrinin yuyulmasını təmin edin. Yuma işini su mənbələrinin yaxınlığında aparmayın. Yuma suyunu və tullantılarını su mənbələrinə boşaltmayın.
 
BİTKİ MÜHAFİZƏ PREPARATININ İSTİFADƏ ŞƏKLİ:
 
Alma: Proqnoz və xəbərdarlıq sisteminin tətbiq olunmadığı yerlərdə;
1-ci çiləmə: Çiçək gözləri qabardığında (budaq sıracası mövcud olduğu yerlərdə isə 3-5 gün öncə aparılır)
2-ci çiləmə: Çəhrayi çiçək tumurcuğu dövründə (Çiçəklər ayrı ayrı görüldüyündə)
3-cü çiləmə: Çiçək tac yarpaqları 70-80 % tökülüncə,
və digər çiləmələr: Ekoloji şərtlərin xəstəliyin inkişafı üçün uyğun olduğu hallarda 10-14 gün ara ilə aparılır.
 
Armud:
1-ci çiləmə: Çiçək gözləri qabardığında (budaq sıracası mövcud olduğu yerlərdə isə 3-5 gün öncə aparılır)
2-ci çiləmə: Ağ qönçə dövründə
3-cü çiləmə: Çiçək tac yarpakları 70-80 % tökülüncə,
və digər çiləmələr: Ekoloji şərtlərin xəstəliyin inkişafı üçün uyğun olduğu haəarda 10-14 gün ara ilə aparılır.
 
Dayanma ilə əlaqəli məlumat: Atreus® adlı bitki mühafizə preparatı, təsir mexanizminə görə Qrup D1:9 və C3:11 olaraq sinifləndirilmiş bir funqisiddir. Eyni təsir mezanizminə sahib bitki mühafizə preparatlarının təkrarlanan tətbiqləri, dayanma inkişafını təşviq etməkdədir. Bu səbəblə, dayanma inkişafını gecikdirmək üçün Atreus®un eyni istehsal sezonu daxilində tövsiyə olunan ümumi çiləmə sayısını keçməyin. Çiləmənin təkrarlanması lazım olduğu hallarda isə fərqli təsir mexanizminə sahib (Qrup D1:9 və C3:11 xarici) bitki mühafizə preparatlarının istifadəsinə diqqət yetirin.
 
Qarışdırılma şərtləri:  Alüminium daxil edən preparatlar xaric digər insektisid və funqisidlərlə qarışa bilər. Çiləmə üçün böyük miqdarda qarışım etmədən öncə ön qarışımı sınaqlarının aparəlması tövsiyə edilir.
 
Öncə etiketi oxuyun.
  • Evdə istifadə etməyin.
  • Uşaqlardan, qida və heyvan yemlərindən uzaq tutun.
  • Bitki qoruma preparatlarından tətbiq edilməsi zamanı heç bir şey yeməyin, içməyin, siqaret çəkməyin. 
  • Bitki qoruma preparatın tətbiq olunmuş sahəyə bitki qoruma preparatı quruyana qədər insan və heyvan buraxmayın.
  • İnsan və ətraf mühitə dəyə biləcək risklərin qabağını almaq üçün tövsiyə edildiyi şəkildə və tövsiyə edilən dozada istifadə olunur.
 
TÖVSİYƏ EDİLƏN PREPARATLARDAN BAŞQA İSTİFADƏSİ QƏTİ DAĞANDIR.
 
İstifadə olunmuş bitki qoruma məhsulunun boş qabını dörddə bir hissəsinə qədər təmiz su ilə dolduraraq yaxşı çalxalayın. Çalxalama suyunu çiləmə çəninə boşaldın. Üç dərə təkrarlayın.
 
ZƏHƏRLƏNMƏ ƏLAMƏTLƏRİ: Dəri həssasiyəti və gözdə təhrişə səbəb ola bilər. Udulduğu halda  və nəfəs alındığında zəhərlidir.
 
İLK YARDIM TƏDBİRLƏRİ:
Göz: Təmas halında 15–20 dəqiqə ərzində göz açıqkən bol su ilə yuyun. Əlamətlər davam edərsə həkimə müraciət edin.
Dəri: Təmas halında çirklənmiş qeyimləri çıxardın. Dərmanın dəydiyi  vücud hissələri bol su və sabun ilə yuyun.
Udma:  Şüuru qapalı  xəstəyə ağızdan heç bir şey  verməyin və qusdurmayın. Dərmanın etiketini və ya qablaşdırılmasını həkimə göstərin.
Nəfəs alma: Zərər görən insan təmiz havaya çıxarılmalıdır. Dərhal həkimə müraciət edin.
 
 
ANTİDOTU  VƏ MÜALİCƏSİ:
Xüsusi bir antidotu yoxdur. Semptomatik müalicə tətbiq edin.
 
ZƏRƏRLİLİK İFADƏLƏRİ (H):
H317 Alergik dəri reaksiyalarına yol açır.
H410 Su mühitində uzun müddət qalıcı, çox toksik təsir.
 
TƏDBİR İFADƏLƏRİ (P):
P333+P313 Dəridə qıcıqlanma və ya qaşıntı söz mövzusu isə tibbi yardım/müdaxilə edin.
P302+P352 Dəri ilə təmas halında isə bol sabun və su ilə yuyun.
P261 Toz/duman/qaz/buxar/spreyi ilə nəfəs almaqdan uzaq durun.
P280 Qoruyucu əlcəklər/qoruyucu qeyim/göz qoruyucusu/üz qoruyucudan istifadə edin.
P273 Ətraf mühitə verilməsindən uzaq durun.
P501 İçindəkiləri/qabını göstərilən əsasnaməyə uyğun aradan qaldırın.
EUH401 İnsan sağlığına və ətraf mühitə yönəlmiş risklərinin qabağını almaq üçün istifadə təlimatlarına riayət edin.
 
İSTİFADƏ OLUNARAQ VƏ AMBARLANARAQ DİQQƏT EDİLMƏLİ XÜSUSLAR
  • Balıqlar üçün zəhərlidir, sulara bulaşdırmayın.
  • Bitki mühafizə preparatını öz qablaşdırılmasında qapalı olaraq, uşaqların əli çatmadığı sərin və quru yerlərdə mühafizə edin.
  • Çiləmə zamanı ümumi qorunma tədbirlərinə mütləq riayət edin.
  • Boş preparat qabını başqa məqsədlərdə istifadə etməyin, göstərişlərə əsasən məhv edin.
 
AMBARLAMA ŞƏRTLƏRİ:
Normal (sərin və quru) şərtlərdə orijinal qablaşdırmada açılmadan ambarlandığında 3 il ərzində preparatın fiziki, kimyəvi və bioloji xüsussiyyətlərində tolerantlıq həddlərindən kənar bir dəyişiklik olmaz.
 
Şirkət bəyanı: Orijinal qablaşdırmalarında satılmaq şərti ilə emalatçılar preparatlarının keyfiyyətinə zəmanət verərlər. Emalatçılar preparatların səhv ambarlanması, səhv tərkibi və ya tövsiyələrə uyğun olmayan çatışmamazlıqlar nəticəsində baş verəcək zərər üçün cavabdehlik daşımırlar.
 
RUHSAT SAHİBİ VE İMALATÇI FİRMA:
HEKTAŞ TİCARET T.A.Ş. 

Axtarış

Ən çox satılan

Yeni məshullar

Hava durumu

Sertifikatlar