Captan'H
Aktiv maddə: %50 Captan
Formulyasiya: WP (Suda həll olunan toz)
Özəlliklər: Qoruyucu və müalicəvi funqisittir. Alternaria, Botrytis, Pythium, Rhizoctonia, Venturia və daha  çox xəstəliklərə qarşı  olaraq istifadə olunan funqisiddir.
Qablaşdırma:  800 qr, 400 qr, 3 kq.
 
 
İstifadə edildiyi bitki və xəstəliklər
 
Bitki adı
 
Xəstəliyin adı
 
Məsarif norması və zamanı
Son çiləmə ilə yığım arasındaki müddət
Armud
Qara ləkə
(Venturia pirina)
150 qr/ 100 lt su
3 gün
Alma
Qara ləkə
(Venturia inaequalis)
150 qr/ 100 lt su
3 gün
Alça
Cib xəstəliyi
(Taphrina pruni)
300 qr/ 100 lt su
3 gün
Şəftalı
Monilioz
(Monilia laxa=Sclerotinia laxa)
300 qr/ 100 lt su
3 gün
Gilas, Albalı
Monilioz
(Monilia laxa=Sclerotinia laxa)
300 qr/ 100 lt su
3 gün
Şəftalı, Ərik
Yarpaq yırtan
(Wilsonomyces carpophilus)
300 qr/ 100 lt su
3 gün
Sitrus
Qonur çürüklük və gövdə yapışıqlığı
(Phytophthora citrophthora)
300 qr/ 100 lt su
(Meyvə infeksiyaları)
7 gün
Yapon əzgili
Qara ləkə
(Venturia inaequalis var. eriobotryae)
300 qr/ 100 lt su
3 gün
Bağ**
Mildiyö
(Plasmopara viticola)
300 qr/ 100 lt su
3 gün
Ölü qol*
(Phomopsis viticola)
250 qr/ 100 lt su
(Yay tətbiqi)
3 gün
Tərəvəz çitilləri ***
Şitil kök çürüklüyü
(Çökərtən)
(Pythium spp., Fusarium spp.,
Rhizoctonia spp., Alternaria spp.,
Sclerotinia spp. Phytophthora spp.)
200-250 qr/ 100 lt su
-
Pomidor
Mildiyö
(Phythophthora infestans)
300 qr/ 100 lt su
7 gün
Yaprak küfü
(Cladosporium fulvum)
250 qr/ 100 lt su
7 gün
Kahı
Mildiyö
(Bremia lactucae)
300 qr/ 100 lt su
7 gün
Soğan
Mildiyö
(Peronospora destructor)
300 qr/ 100 lt su
7 gün
Kartof
Mildiyö
(Phythophthora infestans)
350 qr/ 100 lt su
7 gün
 
Qərənfil
(Dekorativ bitki)
Pas
(Uromyces caryophyllus)
250 qr/ 100 lt su
7 gün
Pomidor
Boz kif
(Botrytis cinerea)
250 qr/ 100 lt su
7 gün
Tütün
(Şitillik)
Çökərtən
(Pythium spp., Fusarium spp.,
Rhizoctonia spp.,
Alternaria spp., Sclerotinia spp.)
200 qr/ 100 lt su
 
-
* Yay tətbiqində istifadə edilir. 
** İstehlak məqsədli bağ yarpağı biçini həyata keçiriləcək bağ yerlərində istifadə edilə bilməz.
*** Şitilliklərin dərmanlamasında verilən iki doza xəstəliyin ağırlığı və bitki vegetasiya müddətinə görə dəyişir.
 
BİTKİ MÜHAFİZƏ PREPARATININ İSTİFADƏYƏ HAZIRLANMASI:
Tövsiyə dozasıni nəzərə alaraq bitki mühafizə preparatı öncə ayrı bir qabda bir miqdar su ilə qarıştırılır. Dərmanlama aparatının çəni yarıya qədər suyla doldurulur. Aparatın qarıştırıcısı çalışırkən dərmanlı su çənə əlavə edilir. Qarıştırmağa davam edilərək çən suyla tamamlanır. Çiləmə tamamlanana qədər qarıştırmağa davam edilir. Hazırlanan bitki mühavizə preparatı eyni gün ərzində istifadə olunmalıdır.
 
TƏNZİMLƏMƏ: Çiləmədən öncə dərmanlama aparatının tənzimləsi aparılmalıdır. Çiləmələrdə tam bir örtülməni təmin edəcək şəkildə dərmanlı su miqdarı tənzimlənməlidir. Çiləmələr günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitlərində aparılmalıdır.
 
Dərmanlama aparatının təmizliyi: Çiləmənin tamamlanmasından dərhal sonra dərmanlama aparatının çəni etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su doldurulduqdan sonra qarıştırıcını və püskürtmə sistemini çalıştıraraq bütün hissələrinin yuyulmasını təmin edin. Yuma işini su mənbələrinin yaxınlığında aparmayın. Yuma suyunu və tullantılarını su mənbələrinə boşaltmayın.
 
BİTKİ MÜHAFİZƏ PREPARATININ İSTİFADƏ ŞƏKLİ:
Armud qara ləkəsi:
Budaq qalınlaşması yoxdursa
1-ci çiləmə: Çiçək gözləri qabardığında
2-ci çiləmə: Ağ qönçə tumurcuğu dövründə
3-cü çiləmə: Çiçək tac yarpaqları 70-80  %-i tökülüncə
4-cü və digər çiləmələr hava şəraitlərinə və xəstəliyin ağırlığına görə 8-10 gün ara ilə aparılmalıdır.
 
Alma qara ləkəsi:
Budaq qalınlaşması yoxdursa
1-ci çiləmə: Çiçək gözləri qabardığında
2-ci çiləmə: Çəhrayı qönçə tumurcuğu dövründə (çiçəklər ayrı ayrı görülüncə)
3-cü çiləmə: Çiçək tac yarpaqları 70-80  %-i tökülüncə
4-cü və digər çiləmələr ekoloji çərtlərin xəstəliyin inkişafı üçün uyğun olduğu hallara görə 10 gün ara ilə aparılır.
 
Alçada cib xətəliyi:
  1. -ci çiləmə: Tumurcuklar qabardığı dövrdə
  2. -ci çiləmə: Çiçək tac yarpaqların 80% töküldüyü dövrdə aparılmalıdır.
Sərt çeyirdəkli meyvələrdə çiçək monilioz (Şəftalı, Gilas, Albalı):
1-ci çiləmə: Çiçəklənmə başlanğıcında (5-10% çiçəktə)
2-ci çiləmə: Tam çiçəklənmədə (90-100% çiçəktə) aparılır.
 
Şəftalı yarpaq yırtan (Çil):
1-ci çiləmə: Payızda yarpaq tökümündən dərhal sonra,
2-ci çiləmə: Yazda çiçək tumurcukları açılmadan öncə (çəhrayı çiçək tumurcuğu dövründə)
 
Ərikdə yarpaq yırtan:
1-ci çiləmə: Payızda yarpaq tökümündən dərhal sonra,
2-ci çiləmə: Yazda çiçək tumurcukları açılmadan öncə (çəhrayı çiçək tumurcuğu dövründə),
3-cü çiləmə: Meyvələrdə çanaq yarpağı və erkək organ tablası meyvənin ucuna sürüklənəndə aparılmalıdır.
 
Sitrus meyvələrində qonur çürüklük və gövdə şişməsi:
* Meyvə infeksiyalarına qarşı:
1-ci çiləmə: Payızda yağışlar başlamadan öncə aparılmalıdır.
2-ci çiləmə: Havalar yağışlı keçirsə 1-ci çiləmədən 15 gün sonra aparılmalıdır.
* Gövdə infeksiyalarına qarşı:
İnfeksiyalanmış ağaçlardakı yaralar Oktyabr, Yanvar və Mart aylarında odun ağac səthinə qədər təmizlənməlidir.
 
Yapon əzgili qara ləkəsi:
1-ci çiləmə: Payızda çiçək tumurcukları qabarmadan öncə,
2-ci çiləmə: Çiçək tumurcukları açılmadan öncə,
3-cü çiləmə: Çiçək tac yarpaqlarının tökülməsinden sonra
4-cü və digər çiləmələr: 3-cü çiləmədən yığıma 20 gün qalana qədər, 10 gün arayla aparılmalıdır.
 
Bağ ölü qol:
  • Yay çiləməsi:
1-ci çiləmə zoğlar 2-3 sm olduqda,
2-ci çiləmə zoğlar 8-10 sm olduqda,
3-cü çiləmə zoğlar 25-30 sm çatdığı dövrdə aparılmalıdır.
 
Bağ mildiyö:
İlk çiləməyə zoğlar 25-30 sm çatdıqda başlanmalıdır. İkinci və sonrakı şiləmələr 1-ci dərmanlamanın müddəti və xəstəliyin inkişaf səviyyəsi, meteoroloji faktorlar diqqətə alınaraq 10-15 gün ara ilə çiləmə aparılır.
 
Tərəvəz şitillərində kök çürüklüyü və çökərtən: Şitillikdə xəstəlik görüldüyündə çiləməyə başlanılırr və xəstəlik dayanmayana qədər 2-3 dəfə bir həftə ara ilə çiləmə aparılır.
 
Pomidor mildiyö: Dərmanlı mübarizəyə ətrafdakı pomidor yarpaqlarında 3-5 mm ölçüdə qonur ləkələrin altında ağ kül kimi örtünün görülməsiylə və ya xəstəliyin hər il çıxtığı yerlərdə, xəstəlik üçün uyğun şərtlər görüldüyündə şiləməyə başlanılırr. Xəstəliyin gedişinə və iqlim şərtlərinə görə 10-12 gün aralıqlarla çiləəməyə davam edilir.
Pomidor yarpaq kifi: Yarpaqlarda ilk ləkələr görüldüyündə dərmanlamaya başlanılır. Çiləmələr 10-15 gün ara ilə təkrarlanır. Yığıma 15-20 gün qaldıqda çiləmə dayandırılmalıdır.
Kahı mildiyö: Şitilliklərdə xəstlik görülmədən qoruyucu bir dərmanlama aparılmalıdır. Mildiyö görülərsə xəstə hissələr yığılıb yox edildikdən sonra bir həftə aralıqlarla şitillərin tarlaya şaşırtılmasına qədər dərmanlamalar davam etdirilməlidirər. Tarla dövründə xəstəliyin ətrafda görülməsi ilə çiləməyə başlanılmalıdır, bir həftə arayla yığımdan ən az bir həftə öncesinə qədər davam edilməlidir. Şitilliktə dərmanlama sulama aparıldlqdan və yarpaqlar quruduqdan sonra aparılmalıdır.
 
Soğan mildiyö: Günlük ortalama istiliyin 16°C dərəcəyə çatması və mütənasib rütubət 80%-ə çatması ilə mübarizəyə başlanılması lazım olsa və ətrafda ilk xəstəlik əlamətlərin görülməsi ilə dərmanlamaya başlamaq olar.

Kartof mildiyö: Xəstəlik çıxışı üçün yüksək nəm kimi iqlim şərtləri əmələ gəldiyində və ya ətrafda ilk xəstəlik əlamətlərin görülməsi ilə tətbiqə başlanılır və xəstəliyin şiddətinə görə 10 gün aralıqlarla dərmanlama təkrarlanır.
 
Qərənfil pası: Zoğlar sıraya keçirilmədən öncə dərmanlamaya başlanmalı və 10’ar gün ara ilə çiləmələr aparılmalıdır.
 
Tərəvəzlərdə boz kif (Pomidor): Ətrafda xəstəliyin ilk əlamətləri görüldüyündə və ya bitkilər çiçəklənmə dövründə olan zaman başlanılmalıdır. Çiləmələr 10 gün arayla aparılmalıdırlar.
 
 
DAYANMA İLƏ ƏLAQƏLİ MƏLUMAT:   Captan’H  adlı bitki qoruma preparatı, təsir mexanizminə görə Qrup M4 olaraq sinifləndirilmiş bir funqisiddir. Eyni təsir mexanimzinə sahib bitki qoruma preparatlarının təkrarlanan çiləmələri, dayanma inkişafını təşviq etməkdədir. Bu səbəblə, dayanma inkişafını geciktirmək üçün Captan’H ın eyni istehsal sezonu daxilində tövsiyə olunan ümumi çiləmə sayını keçməyin. Çiləmənin təkrarlanması lazım olduğu hallarda isə, fərqli təsir mexanizminə sahib (Qrup M4 xaric) bitki qoruma preparatlarının istifadəsinə diqqət göstərin.
 
QARIŞDIRILMA ŞƏRTLƏRİ: Qələvi xarakterli və yağlı bitki qoruma preparatları ilə qarıştırılmamalıdır. Digər bitki qoruma preparatları ilə qarıştırılmadan öncə ön qarışım testinin aparılması tövsiyə edilir.
Öncə etiketi oxuyun.
  • Evdə istifadə etməyin.
  • Uşaqlardan, qida və heyvan yemlərindən uzaq tutun.
  • Bitki qoruma preparatlarından tətbiq edilməsi zamanı heç bir şey yeməyin, içməyin, siqaret çəkməyin. 
  • Bitki qoruma preparatın tətbiq olunmuş sahəyə 1 gün ərzində insan və heyvan buraxmayın.
  • İnsan və ətraf mühitə dəyə biləcək risklərin qabağını almaq üçün tövsiyə edildiyi şəkildə və tövsiyə edilən dozada istifadə olunur.
 
TÖVSİYƏ EDİLƏN PREPARATLARDAN BAŞQA İSTİFADƏSİ QƏTİ DAĞANDIR.
 
ZƏHƏRLƏNMƏ ƏLAMƏTLƏRİ:
Dəri, göz, burun və boğazda təhriş yarada bilər.
 
İLK YARDIM TƏDBİRLƏRİ:
Göz: Təmas halında 15–20 dəqiqə ərzində göz açıqkən bol su ilə yuyun. Lazım olduğu təqdirdə həkimə müraciət edin.
Dəri: Təmas halında çirklənmiş qeyimləri çıxardın. Dərmanın dəydiyi  vücud hissələrini 15-20 dəqiqə ərzində bol su və sabun ilə yuyun. Həkimə müraciət edin.
Udma: Udma halında şüuru açıqdırsa xəstəni qusdurun. Dərhal həkimə müraciət edin. Preparatın etiketini və ya qabını həkimə göstərin. Şüuru qapalı xəstəyə ağızdan heç bir şey verməyin və qusdurmayın.
Nəfəs alma: Zərər görən insan təmiz havaya çıxarılmalıdır. Nəfəs alması zəifdirsə oksigen verin. Nəfəs almırsa süni tənəffüs edin. Həkimə müraciət edin.
 
ANTİDOTU  VƏ MÜALİCƏSİ:
Xüsusi bir antidotu yoxdur. Əlamətlərə görə müalicə tətbiq olunur.
ZƏRƏRLİLİK İFADƏLƏRİ (H):
H317 Alerjik dəri reaksiyalarına yol verir.
H318 Ciddi göz zədəsinə yol verir.
H331 Nəfəs alması halında toksikdir.
H351 Xərçəngə yol vermə şübhəsi var.
H400 Su mühitində çox toksikdir.
 
TƏDBİR İFADƏLƏRİ (P):
P273 Ətraf mühitə verilməsindən uzaq durun.
P280 Qoruyucu əlcək/qoruyucu qeyim/göz qoruyucusu/üz qoruyucudan istifadə edin.
P333+P313 Dəridə təhriş və ya qaşıntı söz mövzusudursa: Tibbi yardım/müdaxilə alın.
P308+P313 Məruz qalma və ya təsir halında isə: Tibbi yardım/müşahidə alın.
P261 Tozu/dumanı/qazı/buxarı/spreyi ilə nəfəs almayın.
P501 Tərkibi/qabını göstərişlərə əsasən məhv edin.
EUH401 İnsan sağlığına və ətraf mühitə yönəlmiş risklərinin qabağını almaq üçün istifadə təlimatlarına riayət edin.
 
İSTİFADƏ VƏ AMBARLAMA ZAMANI DİQQƏT EDİLƏCƏK XÜSUSLAR:
  • Arılar üçün zəhərlidir. Çiçəklənmə zamanı istifadə etməyin.
  • Balıqlar üçün zəhərlidir. Aar su mənbələrinə bulaşdırmayın.
 
AMBARLAMA ŞƏRTLƏRİ:
Normal (sərin və quru) şərtlərdə orijinal qablaşdırmada açılmadan ambarlandığında 4 il ərzində preparatın fiziki, kimyəvi və bioloji xüsussiyyətlərində tolerantlıq həddlərindən kənar bir dəyişiklik olmaz.
 
Şirkət bəyanı: Orijinal qablaşdırmalarında satılmaq şərti ilə emalatçılar preparatlarının keyfiyyətinə zəmanət verərlər. Emalatçılar preparatların səhv ambarlanması, səhv tərkibi və ya tövsiyələrə uyğun olmayan çatışmamazlıqlar nəticəsində baş verəcək zərər üçün cavabdehlik daşımırlar.
 
RUHSAT SAHİBİ VE ÜRETİCİ FİRMA:
HEKTAŞ TİCARET T.A.Ş.

Axtarış

Ən çox satılan

Yeni məshullar

Hava durumu

Sertifikatlar