NPK 30-6-6
Sarı Mikro Gübrənin tərkibində olan yüksək miqdarda azot, bitkinin azota olan ehtiyacını təmn edir, onun sürətli inkişafına təsir edir. Sarı Mikro gübrənin tərkibində azotun müxtəlif birləşmələri (nitrat 1.79%, ammonium 6.84% və karbamid 21.37%) olduğuna görə bitki köklərində yaxşı balans yaradır və kök sisteminin tənəffüsünü yaxşılaşdırır. Bu balans bitki ətrafında olan Ph ionlarının nisbətini tarazlaşdırır, bitkiyə lazım olmayan digər elementlərin qəbul olunmasının qarşısını alır. Mənimsənilmiş azot bitki tərəfindən digər üzvi maddələrlə əlaqəyə girir və inkişafın ilk mərhələsində bitki enerjisinin çoxunu azotun ammoniuma və amin turşularınna çevrilməsinə sərf edir.
Tərkibində yüksək miqdarda ammonium olan Sarı Mikro gübrə bitkini məhz lazım olan elementlərlə təmin edir, onun sürətli inkişafına təsir edir. Sarı Mikro Gübrənin tərkibində fosfor və kalium 6% həmçinin digər elementlər - 1000 mq Fe, 500 mq Mn, 500 mq Cu, 500 mq Zn kimi, 200 mq Br və 5 mq Mo vardır. Müxtəlif ekoloji və iqlim şəraitinə uyğun hazırlanan gübrə bitkinin kökündən və yarpaqlarından maksimum mənimsənilərək onun inkişafına kömək edir. Gübrə xlorsuzdur və duzlu torpaqda keyfiyyətinin itirmir. Bu suda həll oluna biləndir və həll olma bitəndən sonra da heç bir çöküntü əmələ gəlmir.   
Bitki
İnkişaf fazası
Suvarma zamanı istifadə olunan  norma
Çiləmə zamanı istifadə olunan norma
Buğda
Əkin zamanı, gövdə inkişafı və səpin zamanı
Hər mərhələyə 5-7 kq/ha
2-4/1000
Konsentrasiya halında çiləmə
Qarğıdalı
6 yarpaq – məhsul düşməmişdən əvvəl
Hər mərhələyə 5-7 kq/ha
2-4/1000
Konsentrasiya halında çiləmə
Raps
Çiçəkləmə mərhələsindən əvvəl
Hər mərhələyə 5-7 kq/ha
2-5/1000
Konsentrasiya halında çiləmə
Pambıq
6-8 yarpaq, qozalar açılmamıçdan əvvəl
Hər mərhələyə 5-7 kq/ha
2-5/1000
Konsentrasiya halında çiləmə
Şəkər çuğunduru
6 yarpaqdan çiçək açmamışdan və kök yumrusu əmələ gəlməmişdən əvvəl 3 dəfə
Hər mərhələyə 5-7 kq/ha
2-5/1000
Konsentrasiya halında çiləmə
Kartof
6 yarpaqdan kök yumrusu əmələ gəlməmişdən əvvəl 3 dəfə
Hər mərhələyə 5-7 kq/ha
2-5/1000
Konsentrasiya halında çiləmə
Tərəvəz
Toxum formalaşandan əvvəl 3-4 dəfə
Hər mərhələyə 5-7 kq/ha
2-5/1000
Konsentrasiya halında çiləmə
Yonca
Qarayonca
Hər məhsuldan sonra
Hər mərhələyə 5-7 kq/ha
2-5/1000
Konsentrasiya halında çiləmə
Üzüm
İlk yarpaqların əmələ gəldiyi mərhələdən və məhsul əmələgəlməyə başlayandan 2 həftə sonra gilələr fındıq boyda olana qədər 3 dəfə
Hər mərhələyə 4-6 kq/ha 3 dəfə
2-4/1000
Konsentrasiya halında çiləmə
Meyvə ağacları
Ləçəklər töküləndən 2 həftə sonra və meyvənin yetişmə mərhələsində 3-4 dəfə
Hər mərhələdə hər ağaca 20-40 qr.
2-4/1000
Konsentrasiya halında çiləmə
Püstə
Çiçəkləmə mərhələsindən sonra 2-3 dəfə
Hər mərhələdə kök hissəsinə  5-6 kq/ha
Çəndə pestisidlə qarışdırılaraq konsentrasiya halında 3/1000, qarışıqsız 4-5/ 1000
Sitrus
Qışın sonunda təkrar çiçəkləmədən sonra və ləçəklərini tökəndən 2 hərtə sonra
Hər mərhələdə hər ağaca 20-40 qr.
2-4/1000
Konsentrasiya halında çiləmə
Zeytun
Qışın sonunda təkrar çiçəkləmədən sonra və ləçəklərini tökəndən 2 hərtə sonra
Hər mərhələdə hər ağaca 20-40 qr.
2-4/1000
Konsentrasiya halında çiləmə
Dekorativ və istixana bitkiləri
Erkən inkişafından çiçəklərin açılmasına qədər 2-3 dəfə
Hər mərhələdə hər qaba 5-10 qr.
2-4/1000
Konsentrasiya halında çiləmə
Qazon
Hər 3 həftədən bir
Hər mərhələdə 10-15 qr/m2
2-4/1000
Konsentrasiya halında çiləmə
 

Axtarış

Ən çox satılan

Yeni məshullar

Hava durumu

Sertifikatlar