Super Heksal
Kənd təssərüfatı bitkilərinin məhsuldarlığını artıran tərkibində makro- və mikroelementlər olan system təsirinə malik olan yarpaq gübrəsidir.
 
Preparatın forması: maye şəklindədir
 
Tərkibi:
Azot
10%
Fosfor
9%
Kalium
6%
Kükürd
0.08%
Maqnezium
0.06%
Bor
0.012%
Dəmir
0.035%
Manqan
0.012%
Mis
0.004%
Sink
0.004%
Kobalt
0.0025%
Molibden
0.0015%
Qablaşdırması:  1lt
 
Təsiretmə mexanizmi: Super heksal system təsirinə malik olduğundan bitkiyə çiləndikdə yarpaqlar tərəfindən asanlıqla mənimsənilir. Bitki torpaqdan ala bilmədiyi qida elementlərini yarpaqdan asanlıqla alır, nəticədə fotosintez sürətlənir, məhsuldarlıq artır və bitkinin yaşıllaşmasına səbəb olur.
 
Tətbiq olunma müddəti və norması: Super heksal vegetasiya müddətində çiləmə üsulu ilə aşağıda göstərilən bitkilərin məhsuldarlığını artırmaq üçün istifadə olunur:
 
Meyvə bitkiləri:  2 lt Super heksal 1000 lt suda həll edilir, meyvə fındıq böyüklüyündə olanda çiləmə aparılır və 2-3 dəfə təkrar edilir.
Üzüm: 2 lt Super heksal 1000 lt suda həll olunur və 1 ha üçün çiləmə aparılır. Çiləmə 3-4 dəfə təkrar edilir və mildiyö xəstəliyinə qarşı müalicə ilə eyni vaxtda yəni funqisidlərlə qarışdırılıb aparıla bilər.
Portağal: 2 lt Super heksal 1000 lt suda həll edilir və meyvə fındıq böyüklüyündə olanda çiləmə aparılır və 2-3 dəfə təkrar edilir.
Tərəvəz bitkiləri: 2 lt Super heksal 400-500 lt suda həll olunur və 1 ha üçün çiləmə aparılır. Xəstəlik və zərərvericilərə qarşı mübarizə ilə eyni vaxtda yəni insektisidlərlə və funqisidlərlə qarışdırılıb çiləmə aparıla bilər.
Şəkər çuğunduru: 3 lt Super heksal 500 lt suya seyrəltmədən sonra 2-3 dəfə yemləmə kimi verilir.
Gül bitkiləri: 2 lt Super heksal 1000 lt suda həll olunur, 3 hərtədən bir 3-4 dəfə çiləmə aparılır.
Örtülü sahədə becərilən bitkilər (pomidor, xiyar, qızılgül və s.): 1 lt Super heksal 1000 lt suda həll olunur və həftədə 1 dəfə çiləmə aparılır.  
 
Qarışdırıla bilmə xüsusiyyətləri: Bordo məhlulu və kükürddən başqa digər insektisid, fungisid, akarisid və herbisidlərlə qarışdırılıb istifadə edilə bilər.

Axtarış

Ən çox satılan

Yeni məshullar

Hava durumu

Sertifikatlar