Altis Premier

 Aktiv maddə: 37,5 qr/l Azoxystrobin + 62,5 qr/l Propiconazole

Formulyasiya:   SC (Suspenziya konsentrantlı)
Özəlliklər: Altis Premier  strobilurinlər  qrupuna aid fərqli təsir mexanizminə  sahib Azoxystrobin ilə triazol qrubuna ait Propiconazole'un balanslı qarışığından yaranmış modern bir kombinasiyadır.
Qablaşdırma:  1l, 5l
 
 
İstifadə edildiyi bitki və xəstəliklər
Bitki adı
Xəstəlik adı
Istifadə miqdarı
Son dərmanlama ilə biçin arasındakı müddət
Buğda
Sarı pas (Puccina striiformis) 
Mildiyö(Erysiphe graminis f.sp.tritici) 
Septoria yarpaq ləkəsi (Septoria tritici) 
Qəhvəyi pas (Puccinia recondita tritici) 
200 ml/da 
42 gün 
Çəltik
Çeltik yanığı (Pyricularia oryzae)
275 ml/da 
42 gün 
Qarğıdalı
Qarğıdalı yarpaq yanığı ((Setosphaeria turcica)
200 ml/da 
28 gün 
Şəkər çuğunduru
Yarpak ləkəsi xəstəliyi (Cercospora beticola)
200 ml / da 
42 Gün 
 
 
Öncə etiketi oxuyun.
  • Evdə istifadə etməyin.
  • Uşaqlardan, qida və heyvan yemlərindən uzaq tutun.
  • Bitki qoruma preparatlarından tətbiq edilməsi zamanı heç bir şey yeməyin, içməyin, siqaret çəkməyin. 
  • Bitki qoruma preparatın tətbiq olunmuş sahəyə bitki qoruma preparatı quruyana qədər insan və heyvan buraxmayın.
  • İnsan və ətraf mühitə dəyə biləcək risklərin qabağını almaq üçün tövsiyə edildiyi şəkildə və tövsiyə edilən dozada istifadə olunur.
 
TÖVSİYƏ EDİLƏN MƏHSULLARDAN BAŞQA İSTİFADƏSİ QƏTİ DAĞANDIR.
 
İstifadə olunmuş bitki qoruma məhsulunun boş qabını dörddə bir hissəsinə qədər təmiz su ilə dolduraraq yaxşı çalxalayın. Çalxalama suyunu çiləmə çəninə boşaldın. Üç dərə təkrarlayın.
 
ZƏHƏRLƏNMƏ ƏLAMƏTLƏRİ: Həddindən artıq dozada alındığında mədə bulanması, qusma və qarın ağrısı ilə birlikdə ishal, baş ağrısı, baş dönməsi və  huşunu itirmə halları izlənə bilir.
 
İLK YARDIM TƏDBİRLƏRİ:
Göz: Təmas halında 15–20 dəqiqə ərzində göz açıqkən bol su ilə yuyun. Lazım olduğu təqdirdə həkimə müraciət edin.
Dəri: Təmas halında çirklənmiş qeyimləri çıxardın. Dərmanın dəydiyi vücud hissələrini 15–20 dəqiqə ərzində bol su və sabun ilə yuyun. Həkimə müraciət edin.
Udma: Ağız bol suyla yuyulmalı və həkiə müraciət edilməlidir. Həkim tərəfindən göstəriş verilmədikdə qusdurulmamalıdır. Şüüru qapalı xəstəyə ağızdan bir şey verilməz və qusturulmaz.
Nəfəs alma: Zərər görən insan təmiz havaya çıxarılmalıdır. Nəfəs alma çətinliyi mövcuddursa oksiqen verin, nəfəs almırsa süni tənəffüs edin. Həkimə müraciət edin.
 
ANTİDOTU  VƏ MÜALİCƏSİ:
Xüsusi bir antidotu yoxdur. Semptomatik müalicə tətbiq olunur.
 
®HEKTAŞ TİCARET T.A.Ş’nin tescilli markasıdır.
 
 
ZƏRƏRLİLİK İFADƏLƏRİ (H):
H332 Nəfəs alma halında zərərlidir.
H317 Alerjik dəri reaksiyalarına yol açar.
H410 Su mühitində uzun zaman qalıcı, çox toksik təsir.
 
TƏDBİR İFADƏLƏRİ (P):
P261 Tozu və dumanı ilə nəfə almayın.
P273 Ətraf mühitə boşaltmayın.
P280 Qoruyucu əlcək/qoruyucu geyim/göz qoruyucu/üz qoruyucudan istifadə edin.
P312 Özünüzü yaxşı hiss etməsəniz, ZƏHƏR MƏRKƏZİNƏ və ya həkimə meraciət edin.
P302+P352 DƏRİ İLƏ TƏMAS HALINDA İSƏ: Bol sabun və su ile yuyun.
P501 İçindəkiləri/qabını göstərilən əsasnaməyə uyğun aradan qaldırın.
EUH401 İnsan sağlığına və ətraf mühitə yönəlmiş risklərinin qabağını almaq üçün istifadə təlimatlarına riayət edin.
 
 
BİTKİ QORUMA MƏHSULUNUN TƏTBİQƏ HAZIRLANMASI: Tövsiyə dozasını nəzərə alaraq bitki qoruma məhsulu öncə ayrı bir qabda bir miqdar su ilə qarıştırılır. Çiləmə aparatının çəni yarısına qədər su ilə doldurulur. Aparatın qarıştırıcısı çalışırkən qarışım çənə əlavə edilir. Qarıştırmağa davam edilərək çən suyla tamamlanır. Çiləmənin tamamlanmasına qədər qarışdırılma davam edilir. Hazırlanan bitki qoruma məhsulunu eyni gündə istifadə edin.
 
TƏNZİMLƏMƏ: Çiləmədən öncə çiləmə aparatının tənzimlənməsi həyata keçirilməlidir. Çiləmə zamanı dərmanlanacaq ərzinin dərmanla tam ötrülməsi üçün qarışım miqdarı dəqiq ölçülməlidir. Çiləmə günün sərin saatlarında küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.
 
ÇİLƏMƏ APARATININ TƏMİZLİYİ: Çiləmənin tamamlanmasından dərhal sonra çiləmə aparatının çənini təhlükəsiz bir şəkildə boşaldın. Çənə təmiz su doldurduqdan sonra qarıştırıcı və çiləyici sistemlərini çalışdıraraq bütün parçaların yuyulmasını təmin edin. Yuyulma işlərini su  mənbələrin yaxınında aparmayın. Yuma suyunu və tullantıları su mənbələrinə boşaltmayın.
BİTKİ QORUMA MƏHSULUN İSTİFADƏ ŞƏKLİ:
 
Buğdada sarı pas: Xəstəlik əlamətləri  (püstüllər) görüldüyündə çiləmələrə başlanmalıdır. Pas etmələrinə qarşı yaşıl aksam tətbiqi aparılır. Yarpaqların və sapın səthi qarışım ilə örtüləcək şəkildə çiləmə aparılmalıdır. Şərtlər xəstəliyin inkişafı üçün uyğun olsa məhsulun təsir müddəti də diqqətə alınaraq (21 gün aralıqlarla) ikinci çiləmə aparıla bilər.
 
Buğdada qonur pas: Xəstəlik əlamətləri  (püstüllər) görüldüyündə çiləmələrə başlanmalıdır. Pas etmələrinə qarşı yaşıl aksam tətbiqi aparılır. Yarpaqların və sapın səthi qarışım ilə örtüləcək şəkildə çiləmə aparılmalıdır. Şərtlər xəstəliyin inkişafı üçün uyğun olsa məhsulun təsir müddəti də diqqətə alınaraq ikinci çiləmə aparıla bilər. Biçinə bir ay qaldıqda bitki yetişmə dövrünə girdiyi səbəbdən çiləmə aparılmamalıdır.
 
Buğdada taxıl külləmə: Külləmə xəstəliyinin əlamətləri uyğun şərətlərdə hər il görülə bilər. Bu səbəbdən iqlim şərtləri diqqətə alınaraq xəstəliyin seyri izlənməli, xəstəliyin bitkinin üst tərəfinə doğru gedən şərtlərdə  üst yarpaqların xüsusiylə bayraq yarpağının xəstəliyə bulaşmasının qabağını almaq məqsədi ilə yaşıl aksama bitki qoruma məsulu tətbiqinə başlanmalıdır. İqlim şərtləri xəstəliyin inkişafına uyğun gedirsə və epidemik bir vəziyyət varsa ikinci tətbiq aparıla bilər.
 
Buğdada septorya yarpaq ləkəsi: İqlim şərtləri xəstəlyin inkişafına uyğun gedirsə və epidemik vəziyyət varsa yaşıl aksam tətbiqi aparılır. Xəstəlik əlamətləri  ilk görüldüyündə çiləməyə başlanır. Ümumi olara çiləmə üçün ən uyğun zaman bayraq yarpağının tamamən açıldığı qın dövrünün sonu və ya sünbül çıxışı öncəsidir. Erkən dövrdə bitkinin üst hissələrinə doğru qalxan bir infeksiya üçün bayraq yarpağının çıxması gözlənilməməlidir. Eyni şəkildə, tarla kirlidirsə və sünbüllənmə düvründə yağışlı havalar davam edirsə ekonomik zərər söz mövzusu ola bilər və çiləmə lazım ola bilər. Bitki qoruma məhsulunun təsir müdəti diqqətə alınaraq iqlim şəraitləri xəstəliyin inkişafına uyğun gedirdə  və epidemik bir vəziyyət varsa birinci çiləmədən  21 gün sonra ikinci çiləmə aparıla bilər.
 
Qarğıdalıda qarğıdalı yarpaq yanığı: Bölgədə xəstəlik üçün uyğun hava şərtləri olduqda ilk çiləməyə başlanmalıdır. Şərtlər xəstəliyin inkişafı üçün uyğun seyrederse 14 gün ara ilə ikinci çiləmə aparılmalıdır. Yaxşı örtülmə edilməlidir.
 
Çəltik yanığı: Çəltik yanığına qarşı, toxum və yaşıl aksam tətbiqi şəklində kimyavi mübarizə aparılır. Toxum tətbiqi mütləq qoruyucu olarak aparılmalıdır. Yaşıl aksam tətbiqində, xəstəlik əlamətləri bölgədə görünür an və ya hava xəstəlik inkişafına uyğun şəkildə gedirsə dərhal çiləməyə başlamalıdır. Lazım olsa məhsulun təsir müddətinə və hava şəraitləri ilə bağlı olaraq ikinci və ya üçüncü çiləmə aparılmalıdır.
 
Şəkər çuğunduru yarpaq ləkə xəstəliyi: Şəkər çuğunduru yetkin yarpaqlarının 5 %-də bir cercospora yarpaq ləkəsi görülənədə ilk çiləməyə başlanır. 15-20 gün aralıqlarla davam edilməlidir.
 
Noxud antraknozu: Dərmanlamaya günlük ortalama istiliyin 10°C olduğu və  nəmin ən az 80% olması şəraitində  başlanması lazımdırsa, praktiki olaraq xəstəliyin ilk əlamətlərinin görülməsi ilə başlanmalıdır. Xəstəliyin şiddəti, iqlim şərtləri və dərmanın təsir müddəti diqqətə alınaraq dərmanlamaya davam edilir. Çiləmənin aparıldığı gün şiddətli yağış yağıbsa dərmanlama  təkrarlanmalıdır.
 
Kartof mildiyö: Xəstəlik çıxışı üçün yüksək nəm kimi iqlim şərtlərində və ya ətraf mühiddə ilk xəstəlik əlamətlərinin görülməsi ilə dərmanlamaya başlanır və xəstəliyin şiddətinə görə 10-14 gün aralıqlarla  dərmanlama təkrarlanır.
 
Antep fıstığında qonur ləkə:
1-ci dərmanlama: Qoruyucu funqisitlərlə mübarizə ediləcəksə, çiləmələrin mütləq ilk infeksiyalardan  öncə, yarpaqların açılmağa başladığı dövrdə; müalicə edici funqisidlərlə mübarizə ediləcəksə meyvələr noxud böyüklüyündə və yarpaqlar tam olaraq açtıldığı dövrdə aparılmalıdır. Ayrıca müalicəedici funqisidlərlə ilk əlamətlərin görüldüyü dövrə qədər çiləmə edilə bilər.
2-ci dərmanlama və digər dərmanlamalar: İstifadə edilən bitki qoruma məhsulunun xüsusiyyəti, təsir müddətləri və yağış vəziyyətini diqqətə alınaraq 15 gün aralıqlarla aparılır.
 
MÜQAVİMƏT İLƏ BAĞLI MƏLUMAT: Altis®Premier adlı bitki qoruma məhsulu təsir  mexanizminə görə Qrup G1:3 ; C3:11 olaraq sinifləndirilmiş bir funqisiddir. Eyni təsir mexanizminə sahib bitki qoruma məhsullarının təkrarlayan çiləmələri, dayanıqlıq inkişafını təşviq etməktədir. Bu səbəblə, dayanıqlıq inkişafını geciktirmək üçün Altis®Premierin eyni istehsal sezonu daxilində tövsiyə olunan ümumi tətbiq sayısını aşmayın. Çiləmənin təkrarlanması lazım olduğu hallarda isə fərqli təsir mexanizminə sahib (Qrup G1:3 ; C3:11 xarici ) bitki qoruma məhsullarının istifadəsinə diqqət göstərin.
 
QARIŞDIRILMA İMKANI: Altis® Premier hədsiz dərəcədə alkali xəsiyyət göstərən bitki qoruma məhsullarından başqa insektisid, funqisid, herbisid və yarpaq gübrələri ilə qarışdırıla bilər. İstifadədən öncə ön qarışım sınağı aparılır.
 
İSTİFADƏ EDİLƏRƏK VƏ AMBARLANARAQ DİQQƏT EDİLƏCƏK XÜSUSLAR
  • Suda yaşayan canlılar üçün zəhərlidir. Axar su və sulara bulaşdırmayın. Balıqlar üçün  zəhərlidir.
  • Bitki qoruma məhsulunun artıqlarının imxası əsnasında sulama və ya içmədə istifadə olunan durqun və ya axar su mənbələrini bitki qoruma məhsulu ilə kirlətməyin.
  • Bitki qoruma məhsulunu qablaşdırılmalarda qapalı olaraq, uşaqların əli çatmayacağı sərin və quru yerlərdə mühafizə edin.
  • Çiləmə zamanı ümumi qoruma tədbirlərinə mütləq riayət edin.
  • Yalnız tövsiyə edilən məqsədlərdə və dozalarda istifadə edin.
  • Arılar üçün zəhərlidir. Çiçəklənmə zamanı istifadə etməyin.
  • Bitki qoruma məhsulunu istifadə etmədən öncə yaxşı çalxalayın
 
AMBARLAMA ŞƏRTLƏRİ:
Normal (sərin və quru) şərtlərdə orijinal qabında açılmadan saxladığında 3 il müddət ilə bitki qoruma məhsulunun fiziki, kimyəvi və bioloji xüsusiyyətlərində dözümlülük sərhədləri xaricində  dəyişiklik olmaz.
 
FİRMA BƏYANI:
Orijinal qablaşdırılmalarında satılmak şərti ilə, emalatcılar bitki qoruma məhsullarının keyfiyyətinin zəmanətini verirlər. Emalatcılar məhsullarının səhv ambarlanması və ya səhv tətbiqi və ya tövsiyələrə uyğun hərəkət edilmədiyi hallar nəticəsində baş verəcək zərər üçün cavabdehlik daşımır.
 
RUHSAT SAHİBİ VE ÜRETİCİ FİRMA:
HEKTAŞ TİCARET T.A.Ş. 

Axtarış

Ən çox satılan

Yeni məshullar

Hava durumu

Sertifikatlar