Cowboy
Aktiv maddə: 240 qr/lt Clodinafop propargyl
Formulyasiya: Emulsiya konsentratı
Özəlliklər: Cowboy 240 EC dar yarpaqlı alaq otların yarpaqlarından alınır. Dərmana həssas dar yarpaqlı alaq otlarda aktiv böyümə 48 saat ərzində dayanır. Otlar və ətraf mühit şərtlərinə əsasən dərmanın təsiri 1-3 həftə ərzində görülür. İnkişaf nöqtələrində çürümələr gözlə görülür, gənc yarpaqlarda saralma və ölüm meydana gəlir. Tətbiqdən 2-3 saat sonra yağan yağış əks təsir göstərməz.
Qablaşdırma: 400ml, 200 ml
 
İstifadə edildiyi bitki və xəstəliklər
Bitki adı
Xəstəlik adı
Məsarif norması
Tətbiq zamanı
Buğda
Yulafca (Avena sterilis, A.fatua) 
Bülbülotu (Phalaris minör, P.paradoxa, P.brachystachys)
Tülküquyruq (Alopecurus myosuroides) 
Bihuşedici quramit (Lolium temelentum) 
20 ml / da
Əsasən buğdanın erkən cücərmə dövründə; ən gec cücərmə sonuna qədər tətbiq olunur
*COWBOY® 240 EC ‘nin buğdadan başqa məhsullarda istifadəsi tövsiyə edilmir.
 
COWBOY® 240 EC dar yarpaqlı alaq otların yarpaqlarından alınır. Bitki koruma ürününe hassas dar yapraklı yabancı otlarda aktif büyüme 48 saat içinde durur. Ot türlerine ve çevre şartlarına bağlı olarak ürünün etkileri bir ila üç hafta içinde görülür. Yabancı ot boğumları ve büyüme noktalarındaki çürümeler gözle görülür, genç yapraklarda sararmayı müteakip ölümler meydana gelir. Uygulamadan 2-3 saat sonra meydana gelen yağıştan etkilenmez.
Ürünün formülasyonunda yer alan yardımcı madde (safener); metabolizmayı teşvik ederek, ürünün buğday üzerindeki selektivitesini artırır.
Tavsiye edildiği dönem ve dozda kullanıldığında buğday tarafından çok iyi tolere edilir.
 
BİTKİ MÜHAFİZƏ PREPARATININ İSTİFADƏYƏ HAZIRLANMASI:
Tövsiyə dozasıni nəzərə alaraq bitki mühafizə preparatı öncə ayrı bir qabda bir miqdar su ilə qarıştırılır. Dərmanlama aparatının çəni yarıya qədər suyla doldurulur. Aparatın qarıştırıcısı çalışırkən dərmanlı su çənə əlavə edilir. Qarıştırmağa davam edilərək çən suyla tamamlanır. Çiləmə tamamlanana qədər qarıştırmağa davam edilir. Dekara istifadə olunacaq su miqdarı 20-40 litr  olmalıdır, çiləmələrdə fankoil başlıqdan istifadə olunmalıdır. Hazırlanan bitki mühavizə preparatı eyni gün ərzində istifadə olunmalıdır. Çiləmələr günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitlərində aparılmalıdır.
 
TƏNZİMLƏMƏ: Çiləmədən öncə dərmanlama aparatının tənzimləsi aparılmalıdır. Dekara istifadə olunacaq su miqdarını təyin etmək üçün çiləmə aparatının çəni su ilə doldurulur. Bu su ilə hansı ölçüdə sahənin çiləməsini təyin olunur və çiləmələrdə istifadə olunacaq su miqdarı hesablanır.
 
DƏRMANLAMA APARATININ TƏMİZLİYİ: Çiləmənin tamamlanmasından dərhal sonra dərmanlama aparatının çəni etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su doldurulduqdan sonra qarıştırıcını və püskürtmə sistemini çalıştıraraq bütün hissələrinin yuyulmasını təmin edin. Yuma işini su mənbələrinin yaxınlığında aparmayın. Yuma suyunu və tullantılarını su mənbələrinə boşaltmayın.
 
BİTKİ MÜHAFİZƏ PREPARATININ İSTİFADƏ ŞƏKLİ:
COWBOY® 240 EC buğda və alaq otları çıxdıqdan sonra (post-em); buğdanın 3 yarpaqlı dövründən  budaqlanma sonuna qədər hər hansı bir zamanda istifadə oluna bilər. COWBOY® 240 EC’dən ən yaxşı nəticə, alaq otların çoxunsunun çıxtığı, nəm və rütubətli şərtlərdə aktiv olaraq böyüdükləri dövrdə tətbiq olunduqda əldə edilir.
COWBOY® 240 ECnin qalıcı təsiri olmadığı üçün preparatın tətbiqindən sonra çıxan dar yarpaqlı alaq otlarına nəzarət edilmir. Çiləmədən sonra 2 saat ərzində yağış gözlənilən hallarda çiləmə aparılmamalıdır.
 
COWBOY® 240 EC torpaqda qısa müddət ərzində parçalandığı üçün, torpaqda təsiri yox qədər azdır. Bu səbəbdən vaxtaşırı təkrarı ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur.
 
DAYANMA İLƏ ƏLAQƏLİ MƏLUMAT:   COWBOY® 240 EC adlı bitki mühafizə preparatı, təsir mexanizminə görə Qrup A,1 olaraq sinifləndirilmiş bir herbisiddir. Eyni təsir mexanizminə sahib bitki mühafizə preparatlarının təkrarlanan tətbiqləri, dayanma inkişafı təşviq etməktədir. Bu səbəbdən, dayanma inkişafını gecikdirmək üçün COWBOY® 240 EC’nin eyni istehsal sezonu daxilində tövsiyə edilən ümumi tətbiq sayını keçməyin. Çiləmənin təkrarlanması lazım olduğu hallarda fərqli təsir mexanizminə sahb (Qrup A,1 xaric) bitki mühafizə preparatlarının istifadəsinə diqqət yetirin.
 
DAYANMA İLƏ ƏLAQƏLİ MƏLUMAT:   COWBOY® 240 EC Sulfonylurea tərkibli bitki mühafizə preparatları ilə qarışım halında istifadə olunmamalıdı. COWBOY® 240 EC buğda funqisidləri ilə birlikde istifadə oluna bilər. Tətbiq üçün çox miqdarda qarışım hazırlamadan öncə ön qarışım sınaqlarının aparıması tövsiyə edilir.
 
Öncə etiketi oxuyun.
  • Evdə istifadə etməyin.
  • Uşaqlardan, qida və heyvan yemlərindən uzaq tutun.
  • Bitki qoruma preparatlarından tətbiq edilməsi zamanı heç bir şey yeməyin, içməyin, siqaret çəkməyin. 
  • Bitki qoruma preparatın tətbiq olunmuş sahəyə 1 gün ərzində insan və heyvan buraxmayın.
  • İnsan və ətraf mühitə dəyə biləcək risklərin qabağını almaq üçün tövsiyə edildiyi şəkildə və tövsiyə edilən dozada istifadə olunur.
 
TÖVSİYƏ EDİLƏN PREPARATLARDAN BAŞQA İSTİFADƏSİ QƏTİ DAĞANDIR.
  • İstifadə olunan preparatın boş qabının içinə 1/4 hissəsinə qədər təmiz su dolduraraq yaxşı çalxalayın. Çalxalama suyunu çiləmə çəninə boşaldın. Bu proseduru 3 dəfə təkrar edin.
 
ZƏHƏRLƏNMƏ ƏLAMƏTLƏRİ:
Ümumi zəhərlənmə əlamətləri müşahidə oluna bilər.
 
İLK YARDIM TƏDBİRLƏRİ:
Göz: Təmas halında 15–20 dəqiqə ərzində göz açıqkən bol su ilə yuyun. Lazım olduğu təqdirdə həkimə müraciət edin.
Dəri: Təmas halında çirklənmiş qeyimləri çıxardın. Dərmanın dəydiyi  vücud hissələrini 15-20 dəqiqə ərzində bol su və sabun ilə yuyun. Həkimə müraciət edin.
Udma: Bol su və tibbi kömür verilir. Konsentrat dərmanın ağız yoluyla çox miqdarda alınması halında isə tibbi yardım istənilir. Şüuru qapalı xəstəyə ağızdan heç bir şey verməyin və qusdurmaya çalışmayın.
Nəfəs alma: Preparatın təsirinə məruz qalan şəxs təmiz havaya çıxardılmalıdır. Dərhal həkimə müraciət edin.
 
ANTİDOTU  VƏ MÜALİCƏSİ:
Xüsusi bir antidotu yoxdur. Əlamətlərə görə müalicə tətbiq olunur.
 
ZƏRƏRLİLİK İFADƏLƏRİ (H):
H226 Alovlanan maye və buxar
H315 Dəri təhrişinə yol açır.
H312 Dəri ilə təmas halında zərərlidir.
H332 Nəfəs alınması halında zərərlidir.
H317 Alerjik dəri reaksiyalarına yol açır
H373 Uzun müddətli və ya təkrar məruz qalma nəticəsində orqanlarda zədəyə yol aça bilər.
H411 Su mühitində uzun müddət qalıcı, toksik təsir.
 
TƏDBİR İFADƏLƏRİ (P):
P210 İsti/qıvılcım/alov/isti səthlərdən uzaq tutun. – Siqarət çəkməyin.
P280 Qoruyucu əlcək/qoruyucu qeyim/göz qoruyucusu/üz qoruyucudan istifadə edin.
P314 Özünüzü yaxşı hiss etmədiyiniz təqdirdə tibbi tövsiyə/müdaxilə alın.
P273 Ətraf mühitə verilməsindən uzaq durun.
P501 Tərkibi/qabını göstərişlərə əsasən məhv edin.
EUH401 İnsan sağlığına və ətraf mühitə yönəlmiş risklərinin qabağını almaq üçün istifadə təlimatlarına riayət edin.
 
İSTİFADƏ VƏ AMBARLAMA ZAMANI DİQQƏT EDİLƏCƏK XÜSUSLAR:
  • Arılar üçün zəhərlidir. Çiçəklənmə zamanı istifadə etməyin.
  • Balıqlar üçün zəhərlidir. Yer altı və yer üstü sularına bulaşdırmayın.
  • Boşalan qabları başqa bir məqsədlərdə istifadə etməyin, qaydasına əsasən məhv edin.
AMBARLAMA ŞƏRTLƏRİ:
Normal (sərin və quru) şərtlərdə orijinal qablaşdırmada açılmadan ambarlandığında 4 il ərzində preparatın fiziki, kimyəvi və bioloji xüsussiyyətlərində tolerantlıq həddlərindən kənar bir dəyişiklik olmaz.
 
Şirkət bəyanı: Orijinal qablaşdırmalarında satılmaq şərti ilə emalatçılar preparatlarının keyfiyyətinə zəmanət verərlər. Emalatçılar preparatların səhv ambarlanması, səhv tərkibi və ya tövsiyələrə uyğun olmayan çatışmamazlıqlar nəticəsində baş verəcək zərər üçün cavabdehlik daşımırlar.
 
RUHSAT SAHİBİ VE ÜRETİCI FİRMA:
HEKTAŞ TİCARET T.A.Ş.

Axtarış

Ən çox satılan

Yeni məshullar

Hava durumu

Sertifikatlar