Capito
Suspenziya Konsentratı (SC)
75 g/l Indoxacarb + 18 g/l Abamectin
 
İSTİFADƏ OLUNACAĞI BİTKİ VƏ ZƏRƏRLİ ORGANİZMLƏR
 
Bitki Adı
Zərərlilərin adı
 
Məsarif norması və zamanı
Son çiləmə ilə yığım arasındaki müddət
Pomidor
(Tarla/İstixana)
Pomidor güvəsi
(Tuta absoluta)
 
45 ml/da
3 gün
Pambıq
Pambıq sovkası
(Helicoverpa armigera)
 
70 ml/da, sürfə
14 gün
Alma
Alma qurdu
(Cydia pomonella)
 
70 ml/100 lt su
Yumurta, sürfə
7 gün
Qarğıdalı
Qarğıdalı kəpənəyi
 (Sesamia spp.)
 
60 ml/da
 
7 gün
Şəftalı
Şəftalı güvəsi
(Anarsialineatella)
 
50 ml/100 l su
 
21 gün
Armud
Alma qurdu
(Cydiapomonella)
 
70 ml/100 lt su
Yumurta, sürfə
7 gün
 
Öncə etiketi oxuyun.
  • Evdə istifadə etməyin.
  • Uşaqlardan, qida və heyvan yemlərindən uzaq tutun.
  • Bitki qoruma preparatlarından tətbiq edilməsi zamanı heç bir şey yeməyin, içməyin, siqaret çəkməyin. 
  • Bitki qoruma preparatın tətbiq olunmuş sahəyə 1 gün ərzində insan və heyvan buraxmayın.
  • İnsan və ətraf mühitə dəyə biləcək risklərin qabağını almaq üçün tövsiyə edildiyi şəkildə və tövsiyə edilən dozada istifadə olunur.
 
TÖVSİYƏ EDİLƏN PREPARATLARDAN BAŞQA İSTİFADƏSİ QƏTİ DAĞANDIR.
 
İstifadə olunmuş bitki qoruma məhsulunun boş qabını dörddə bir hissəsinə qədər təmiz su ilə dolduraraq yaxşı çalxalayın. Çalxalama suyunu çiləmə çəninə boşaldın. Üç dəfə təkrarlayın.
 
ZƏHƏRLƏNMƏ ƏLAMƏTLƏRİ:
Ümumi zəhərlənmə əlamətləri müşahidə oluna bilər.
 
İLK YARDIM TƏDBİRLƏRİ:
Zəhərlənmə zamanı aşağıda qeyd olunan ilk yardım tədbirlərini alın, həkimə müraciət edin, bitki qoruma preparatının qabını və ya etiketini həkimə göstərin.
Göz: Təmas halında 15-20 dəqiqə ərzində göz açıqkən bol su və ya göz damcıları ilə yuyun.
Dəri: Təmas halında çirklənmiş qeyimləri çıxardın. Dərmanın dəydiyi  vücud hissələrini 15-20 dəqiqə ərzində bol su və sabun ilə yuyun.
Udma: Həkim və ya zəhər mərkəzinə müraciət edin. Xəstəni qusturmağa çalışmayın. Ağız yolu ilə maye verməyin.
Nəfəs alma: Zərər görən insan təmiz havaya çıxarılmalıdır. Nəfəs almırsa süni tənəffüs edin. İsti və rahat pozisiyada tutun.
 
ANTİDOTU  VƏ MÜALİCƏSİ:
Xüsusi bir antidotu yoxdur. Əlamətlərinə görə müalicə tətbiq olunur.
 
TƏSİR ŞƏKLİ:
Capito® iki fərqli aktiv maddənin birləşməsi ilə əmələ gələn SC (Suspenziya konsentratı) formulyasiyasında bir insektisiddir. Bu iki aktiv maddədən biri olan Indoxacarb;  kontakt və mədə zəhəri təsirlidir. Böcəklərin sinir hüceyrələrində sodiyum kanallarını tutaraq təsir edər və dərmanlamadan qısa bir müddət zərərlinin qidalanma və digər fəaliyətləri dayanır və ya çox azalır. Abamectin isə mədə zəhəri və kontakt təsiri bir insektisid və akarisiddir. Bitki orqanizmində sistemik fəaliyyəti məhdudlu olmaqla birlikdə, yaxşı bir translaminar təsirə sahibdir. Beləliklə yarpaqta bir nöqtədən digərinə asan daşınmaqda və yarpaq içində hərəkət edərək zərərlilərə nəzarət edir.
 
BİTKİ QORUMA PREPARATININ İSTİFADƏYƏ HAZIRLANMASI:
Tövsiyə dozasıni nəzərə alaraq bitki mühafizə preparatı öncə ayrı bir qabda bir miqdar su ilə qarıştırılır. Dərmanlama aparatının çəni yarıya qədər suyla doldurulur. Aparatın qarıştırıcısı çalışırkən dərmanlı su çənə əlavə edilir. Qarıştırmağa davam edilərək çən suyla tamamlanır. Çiləmə tamamlanana qədər qarıştırmağa davam edilir. Hazırlanan bitki mühavizə preparatı eyni gün ərzində istifadə olunmalıdır.
 
TƏNZİMLƏMƏ: Çiləmədən öncə dərmanlama aparatının tənzimləsi aparılmalıdır. Çiləmələrdə tam bir örtülməni təmin edəcək şəkildə dərmanlı su miqdarı tənzimlənməlidir. Çiləmələr günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitlərində aparılmalıdır.
 
Dərmanlama aparatının təmizliyi: Çiləmənin tamamlanmasından dərhal sonra dərmanlama aparatının çəni etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su doldurulduqdan sonra qarıştırıcını və püskürtmə sistemini çalıştıraraq bütün hissələrinin yuyulmasını təmin edin. Yuma işini su mənbələrinin yaxınlığında aparmayın. Yuma suyunu və tullantılarını su mənbələrinə boşaltmayın.
 
BİTKİ MÜHAFİZƏ PREPARATININ İSTİFADƏ ŞƏKLİ:
Pomidor güvəsinə qarşı yetkin çıxışını müəyyən etmək üçün əkindən dərhal sonra  tarlada (1-2 tələ/ha) və istixanada (1 tələ/istixana) cəlb edici feromon tələlər istifadə olunur. Tələlər həftədə bir dəfənəzarətdən keçirilir və tələdə ilk yetkin görüldüyündə istehsal sahəsinin böyüklüyünə görə ən az 100 bitki kontrolü edilərək, bitkinin çiçək, yarpaq, sap və zoğlarında, yumurta, sürfə və kuklacık axtarılır. 100 bitkiden 3-ü zərərlinin hər hansı bir bioloji dövrü ilə bulaşmış çiləmə aparılır.
 
Pambıq sovkasına qarşı təsadüfi seçilmiş 3 m sıra uzunluğundakı bütün bitkilər kontrol edilərək sovkanın yumurta və sürfələri sayılır və 3 m-lik sıra uzunluğunda ortalama 2 sürfə olduğu halda çiləməyə qərar verilir.
 
Alma və Armudda alma qurdu: Alma qurduna tətbiq olunacaq dərmanlamalar təhmin və erkən xəbərdarlıq sisteminə görə yönləndirilməlidir. Alma qurdu mübarizəsində hədəf, hər dölə aid sürfə çıxışı müddətində ağaçları dərmanlı saxlayaraq yumurtadan çıxan sürfələri meyvə içinə girmədən öncə öldürür.
 
Qarğıdalı kəpənəyinə qarşı ilk yumurta görüldüyündə çiləmə aparılır. İlk çiləməni təqribən 15 gün ara ilə 2 çiləmə daha aparılır.
 
Şəftalı güvəsinə qarşı çiləmə zamanının müəyyən dilməsində cəlb edici tələlər, təsirli istiliklər cəmisi və bitki fenolojisindən yararlanılır. Şəftalı güvəsinin mübarizəsində hədəf, sürfənin zoğ və ya meyvəyə girmədən  öncə öldürülməsidir. Zərərli sıxlığından asılı olaraq çiləmə 21 gün arayla təkrarlanmalıdır.
 
DAYANMA İLƏ ƏLAQƏLİ MƏLUMAT: Capito® adlı bitki qoruma preparatı təsir mexanizminə görə Qrup 22 və 6 olaraq sinifləndirilmiş bir insektisiddir. Eyni təsir mexanizminə sahib bitki qoruma preparatlarının təkrarlanan çiləmələri, dayanma inkişafını təşviq etməktədir. Bu səbəblə, dayanma inkişafını geciktirmək üçün Capito®-nun eyni istehsal sezonu daxilində tövsiyə edilən ümumi çiləmə sayını keçməyin. Çiləmənin təkrarlanması lazım olduğu hallarda isə, fərqli təsir mexanizminə sahib (Qrup 22 və 6 xaric) bitki qoruma preparatlarının istifadəsinə diqqət yetirin.
 
QARIŞDIRILMA ŞƏRTLƏRİ: Böyük miqdarda qarışım hazırlamadan öncə ön qarışım sınaqlarının aparılması tövsiyə edilir.
 
ZƏRƏRLİLİK İFADƏLƏRİ (H):
H301 Udulması halında toksikdir.
H332 Nəfəs alınması halında zərərlidir.
H373 Uzun müdətli və ya təkrarlı məruz qalma nəticəsi orqanlarda zərərə yol verə bilər.
H317 Alerjik dəri reaksiyalarında yol verir.
H410 Su mühitində uzun zaman qalıcı, toksik təsir.
 
TƏDBİR İFADƏLƏRİ (P):
P273 Ətraf mühitə verilməsindən uzaq durun.
P260 Tozu/dumanı/qazı/buxarı/spreyi ilə nəfəs almayın.
P280 Qoruyucu əlcək/qoruyucu qeyim/göz qoruyucusu/üz qoruyucudan istifadə edin.
P333+P313 Dəridə təhriş və ya qaşıntı söz mövzusu isə: Tibbi yardım/müdaxilə alın.
P405 Kilit altında saxlayın.
P501İçindəkiləri/qabını göstərilən əsasnaməyə uyğun aradan qaldırın.
EUH401 İnsan sağlığına və ətraf mühitə yönəlmiş risklərinin qabağını almaq üçün istifadə təlimatlarına riayət edin.
 
İSTİFADƏ VƏ AMBARLAMA ZAMANI DİQQƏT EDİLƏCƏK XÜSUSLAR:
  • Balıqlar üçün zəhərlidir. Sulara bulaşdırmayın.
  • Küləkli havalarda dərmanlama aparmamalıdır.
  • Boş dərman qablaşdırmaları başqa məqsədlərdə istifadə etməyin, göstərişlərə uyğun olaraq məhv edin.
  • Tökülməsi halında absorban bir materiyalla silmək, süpürüb yığın və məhv edin.
  • Arılar üçün zəhərlidir, çiçəklənmə zamanı istifadə etməyin.
  • Capito® orijinal və qapalı qablaşdırmada, quru və yaxşı havalandırılan bir ambarda, yeyinti məhsulları və heyvan yemlərindən uzaq bir yerdə ambarlanmalıdır.
 
AMBARLAMA ŞƏRTLƏRİ:
Normal (sərin və quru) şərtlərdə orijinal qablaşdırmada açılmadan ambarlandığında 3 il ərzində preparatın fiziki, kimyəvi və bioloji xüsussiyyətlərində tolerantlıq həddlərindən kənar bir dəyişiklik olmaz.
 
 
Şirkət bəyanı: Orijinal qablaşdırmalarında satılmaq şərti ilə emalatçılar preparatlarının keyfiyyətinə zəmanət verərlər.
Emalatçılar preparatların səhv ambarlanması, səhv tərkibi və ya tövsiyələrə uyğun olmayan çatışmamazlıqlar nəticəsində baş verəcək zərər üçün cavabdehlik daşımırlar.
 
 
RUHSAT SAHİBİ VE ÜRETİCİ FİRMA:
HEKTAŞ TİCARET T.A.Ş.

Axtarış

Ən çox satılan

Yeni məshullar

Hava durumu

Sertifikatlar