Famarin
Aktiv maddə: Coumachlor 1%
Formulyasiya: Toz
Təsir və istifadə qaydaları:
 
Siçan və siçovulların gəzdikləri yerləri, yuvalarını və qidalanma yerlərini yoxlayın. Famarinin təsiri onun yeyilməsindən asılı deyil. Gəmiricilər zəhəri tozu ayaqlarından təmizləyərək udurlar. Famarini nisbətən incə qat şəklində siçan və siçovulların yuvalarına, gəzdikləri və gizləndikləri yerlərə püskürtün. Preparatın udması qoxu və dadın olmaması sayəsindəçox asan baş verir. Tozu siçan yuvaların girişlərində və içində 2.5-5 sm (1-2 duym)  qalınlığında püskürtün. Qaşıq kimi istifadə olunan yastı taxtayla düzəldilir. Alternativ olaraq əl ilə idarə olunan püskürtmə aparatı vasitəsi ilə siçan yuvalarına üfürlənə bilər. Tozun heyvanların onlara çatmaması üçün yuvaların içinə yaxşı yerləşdirdiyinizdən əmin olun. Toz həmçinin yuvaya gedən yola yerləşdirilə bilər; ev heyvanların onlara çatmamasından əmin olun. 3 mm (1/8 duym) qalınlığında toz qatı 30 sm (1 fut) uzunluğunda zolağlarla püskürtülür. 1-3 kq Famarin bir çox məhsullarda 1 hektar üçün istifadə olunur.
Yağışlı havada istifadə etməyin.
 
Hazırlanması: quru yerdə xüsusi ambarlarda saxlayın. İstifadə müddəti leyblın üzərində göstərilib, Yararlığı 2 ildir.
Preparat standard 20kq polietilen paketində qablaşdırılır.
Stabillik: Normal şəraitlər altında stabildir.
Qaçınılacaq materiallar: Bilinmir
 
Təhlükəli polimerləşmə: Müşahidə olunmur.
 
 
İLK YARDIM TƏDBİRLƏRİ
Göz: Təmas halında 15  dəqiqə ərzində göz açıqkən bol su ilə yuyun. Lazım olduğu təqdirdə həkimə müraciət edin.
Dəri: Təmas halında çirklənmiş qeyimləri çıxardın. Dərmanın dəydiyi  vücud hissələrini 15-20 dəqiqə ərzində bol su və sabun ilə yuyun. Həkimə müraciət edin.
Nəfəs alma: Preparatın təsirinə məruz qalan şəxs təmiz havaya çıxardılmalıdır. Dərhal həkimə müraciət edin.
Swallowing :  Dərhal həkimə müraciət edin. Xəstəyi qusdurmayın. İçə bildiyi halda bir stəkan su içirdin. Tibbi müdaxilə olunmalıdır.
 
 
HƏKİM ÜÇÜN QEYD
1mq Vitamin K1 vücud çəkisinin 1kq üçün.
 
 
ZƏRƏRİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
Zərər təsviri:  Xn
                          R48/22 ,  R52-53                    
Toksikliyi: Zərərli: Udulduğu təqdirdə  uzun müddətli təsir altında qaldıqda sağlamlığa ciddi ziyan təhlükəsi mövcuddur.
Ətraf mühit: Su orqanizmləri üçün zərərlidir, su mühitində uzun müddətli mənfi təsirə səbəb ola bilər
Yanğın təhlükəsi: Atəşlənmir
 
QƏZA SIZMASININ NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI ÜZRƏ TƏDBİRLƏR
 
İşçi heyəti ilə bağlı təhlükəsizlik tədirləri: Qoruyucu qeyimdən istifadə edin. İnsan və heyvanları uzaq tutun. Göz və dəri ilə təmasdan uzaq tutun.
Ətraf mühit ehtiyyat tədbirləri: Kanalizasiya sisteminə, suya və torpağa tökməyin.
Təmizləmə üsulları: Çirklənmiş səthləri soda, sabun və yuyucu vasitələrdən ibarət su ilə təmizləyin və məhv etmək üçün uyğun bir qaba yığın. Çirklənmiş materialı tullantı olaraq bənd XIII uyğun olaraq məhv edin.
 
 
DAŞINMA VƏ SAXLANILMA
 
Daşınma: Gözlərə, dəriyə və qeyimlərə bulaşdırmayın. Udmayın. Daşınma zamanı yemək yeməyin, içməyin və siqaret çəkməyin. Daşınmadan sonra sabun və su ilə yuyunun.
 
Saxlanılma: Uşaqlardan uzaq sərin və quru yerdə saxlayın. Preparatı yaxşı havalandırılan otaqda bağlı oriqinal konteynerdə saxlayın. Günəş və rütubətdən qoruyun. Yeyinti məhsullarını, içəcəkləri və yaxud tütün məmulatlarını preparata bulaşması mümkün olan yerlərdə saxlamayın və istifadə etməyin.
 
 
ƏMƏYİN MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİYİN TƏMİN EDİLMƏSİ ÜZRƏ TƏDBİRLƏR
 
Əllərin qorunması: Kimyəvi cəhətdən davamlı (nitril və ya butil kimi)əlcəklərdən istifadə edin.
Gözlərin qorunması: Kip oturan kimyəvi eynək və yaxud üz maskasından istifadə edin.
Dərinin qorunması: Dərini mühafizə etmək üçün qoruyucu qeyimdən (məsələn, uzun əlcəkdən) istifadə edin.
Nəfəs yolları: Toz filtrli maskadan istifadə edin.
 
TƏRKİBİ
 
Kimyəvi təsvir və komponentlər
Komponentlər
Tərkibi %k/p
EEC No
Cas No
Zərər təsviri
Zərər klasifikasiyası
Coumachlor
1
201-378-1
81-82-3
Xn,N
R48/22, R52-53
Başqa komponentlər
99
-
-
-
 -
 
 Aktiv maddə: Coumachlor
 IUPAC adı:3-(acetonyl-p-chlorobenzyl)-4-hydroxycoumarin
 

 

Axtarış

Ən çox satılan

Yeni məshullar

Hava durumu

Sertifikatlar