Goltix Plus
Aktiv maddə: 350 qr/l METAMİTRON və 150 qr/l ETHOFUMESA
Formulyasiyası: Suspenziya Konsentratı (SC)
 
GOLTİX PLUS çuğundurda bir illik geniş yarpaqlı otlara qarşı, çıxış sonrası istifadə edilən geniş spektrli bir maye herbisiddir. Maye əsaslı xüsusi formalaşdırılması (SC) çuğundurun bu herbisidlərə qarşı toleransını artırmaqdadır.
GOLTİX PLUS iki fərqli aktiv maddə sayəsində yarpaqdan və torpaqdan təsiri göstərir.Torpaqdan təsir çəmən yarpaqlar vasitəsi ilə aktiv maddələrin bədənə alınmasına dayanır. Həssas alaq otlarının böyüməsi məhdudlaşdırılır və onlar məhv olur. Herbisidlər təsirli ola bilməsi üçün torpaq nəmi olduqca əhəmiyyətlidir. Əgər tətbiqlər quru torpağa edilsə herbisidlər təsiri tətbiqdən sonra meydana gələcək olan yağışlardan sonra görülməyə başlayır.
 
İstifadə olunduğu bitki və alaq otları
Bitki adı
Xəstəlik adı
Məsarif norması
Son çiləmə ilə yığım arasında müddət
Şəkər çuğunduru
Ağımtıl tərə (Chenopodium album)
Kompas süddəyən (Lactuca serriola)
Yabanı xardal (Sinapis arvensis)
 
1-ci tətbiq. 200 ml/da
Çıxış sonrası
Şəkər çuğunduru tam kotiledon dövründə. Alaq otların 2-4 yarpaqlı dövründə başlanılır.
2-ci tətbiq. Tədbiq 200 ml/da
İlk dərmanlamadan 7-10 gün sonra yaşayan və ya təkrar çıxan alaq otlarına nəzarət etmək üçün istifadə olunur.
3-cü tətbiq. Tətbiq 200 ml/da
İkinci dərmanlamadan 7-10 gün sonra, yaşayan və ya təkrar çıxan alaq otlarına nəzarət üçün istifadə olunur.
 
90
 
DƏRMANIN ÇİLƏMƏYƏ  HAZIRLANMASI VƏ İSTİFADƏ ŞƏKLİ: Daha əvvəl istifadə edilmiş olan dərman artıqları çiləyici alətindən yaxşıca təmizlənir. Çiləyici alətinin çəni yarı miqdarda su qoyular. Tövsiyə olunan dərman preparatı bir miqdar su ilə ayrı bir qabda qarışdırılır və çənə boşaldılar. Qarışdırıcı işləyərkən qalan su çənə əlavə edilir. Hazırlanan qarışıq dərhal istifadə edilməlidir. Qısa iş fasilələri sonra dərmanlamaya keçmədən əvvəl təxminən 10 dəqiqə qarışdırıcı işlədikdən sonra çiləmə davam edilir. Alaq otlar, dərman ilə müntəzəm örtüldüyü halda yaxşı bir nəticə əldə edilir. GOLTİX PLUS hektara 200-400 litr su ilə çilənməlidir.
 
GOLTİX PLUS bölünmüş doza (split) tətbiqi ilə ardıcıl olaraq 7-10 gün ara ilə 3 tətbiq şəklində istifadə edilir. 1. tətbiqdən sonra ot çıxışı olmasa da 2. və 3. tətbiqlərə davam edilməlidir. Normal şərtlər altında bütün şəkər çuğunduru növləri GOLTİX PLUS'a çox yaxşı dözümlülük (uyğunlaşma) göstərir. Çuğundur stress altında herbisidlərə çox davamlıdır. Davamlı yağan yağışlardan sonra böyümə geriliyi, ani istilik dəyişiklikləri, daha əvvəl atılan bitki qoruma preparatları yüksək işıq, dərmanlama sırasındakı mühit istiliyi, qüvvətli külək, davamlı aşağı temperatur, böcək ya da göbələk zərəri kimi digər faktorlar şəkər çuğundurunu stressə sala bilər və kotiledonlar zərər görə bilər, kifayət qədər böyümə meydana gəlməz. Qidalanan şəkər çuğundurunda herbisidlərin istifadəsindən qaçınmaq lazımdır, çünki bu cür hallarda herbisidlərin istifadəsi vəziyyəti daha da pisləşdirəcəkdir.
 
Yığımından sonra bütün bitkilər yetişdirilə bilər. Ətraf mühitin əlverişsiz şəraitində, əkin bitkiləri, xüsusən də qış buğdasından sonra yetiştirilən bitkilərə zərər verə bilər. Əgər son tətbiq ilə bir sonrankı əkiləcək bitkinin əkin tarixi arasında ortalamadan az miqdarda yağış yağmışsa buğda əkinindən öncə dərin torpaq işləminin aparılması vacibdir. Daha sonra kartof və qarğıdalı əkiləcəksə dərin torpaq işləməsi tövsiyə edilir. Tarlanı erkən bozma halında 15-20 sm dərinlikdə bir torpak işləmi keçirdikdən sonra şəkər və yem çuğunduru ilə qarğıdalı və kartof əkilə bilər.
 
 
QARIŞDIRILMASI: GOLTIX PLUS amin turşusu və lesitin olan məhsullarla qarışdırılmır. Gübrələr və ya digər bitki mühafizəsi məhsulları ilə qarışdırmaq istəyirsinizsə, əvvəlcədən qarışdırma təcrübəsi tövsiyə olunur.
 
DAVAMLILIQ ŞƏRTLƏRİ: GOLTİX PLUS adlı bitki qoruma məhsulu təsir mexanizminə görə Qrup C1 və Qrup N olaraq təsnif bir herbisittir. Bitki mühafizəsi məhsulları eyni hərəkət mexanizmi ilə təkrarlanan tətbiq müqavimət inkişafına kömək edir. Bu səbəblə müqavimət inkişafını gecikdirmək üçün GOLTİX PLUS'ın eyni istehsal mövsümü içərisində ümumi 3 tətbiq sayını aşmayınız. Tətbiqin təkrarlanması lazım olan vəziyyətlərdə isə, fərqli təsir mexanizminə sahib (Qrup C1 və Qrup N xarici) herbisidlər istifadə edilməsinə diqqət yetirin.
 
Əvvəlcə etiketi oxuyun
  • Evdə istifadə etməyin
  • Uşaqlardan və qidalardan uzaq saxlayın
  • Dərman buxarı və zərrələri ilə tənəffüs etməyin
  • Maska,qoruyucu geyim,əlcək və gözlükdən istifadə edin
  • Çiləmə əsnasında heç bir şey yeməyin
  • Siqaret çəkməyini.
  • Dərmanlanmış sahəyə 1 gün insan və heyvan buraxılmamalıdır
Tövsiyə edilən preparatlardan başqa digərlərinin istifadəsi qəti qadağandır.
İstifadə olunan bitki mühafizə preparatın boş qabının dördə bir hissəsini təmiz su ilə doldurub,yaxşıca çalxalayın və çalxalanmış suyu çiləyicinin çəninə boşaldın.Bunu üç dəfə təkrarlayın.
 
Zəhərlənmə əlamətləri :
Zəhərlənmə ehtimalı azdır.
 
İlk yardım tədbirləri
Göz: Təmas  halında 15-20 dəqiqə göz açıqkən bol su ilə yuyun. Həkimə müraciət olunmalıdır.
Dəri: Təmas halında geyimi çıxarın. Bədən hissələri bol su və sabunla yuyun. Həkimə müraciət olunmalıdır. Boğazdan keçməsi: Dərhal tibbi yardım ilə təmin edin. Həkimin nəzarətində, xəstəni qusturun. Şüuru bağlı xəstəyə ağızdan bir şey verilməz və qusturulmaz.
Qoxlama vasitəsilə: Təsirə məruz qalan şəxs təmiz havaya nəql edilməlidir. Əgər nəfəs almaqda çətinlik çəkirsə, süni tənəffüs verin. Dərhal həkimə müraciət edilməlidir
 
ANTİDOTU  və Müalicə
Xüsusi antidot yoxdur. Əlamətlər görə müalicə tətbiq olunur
 
 
TƏTBİQ VƏ ƏTRAF MÜHIT ÜZRƏ RİSK ŞƏRHLƏRİ VƏ AÇIQLAMALARI:
R51 / 53 Suda yaşayan orqanizmlərə zəhərli, su mühitində uzun müddətli mənfi təsirə səbəb ola bilər.
 
TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ VƏ ŞƏRHLƏRİ:
S29 / 35 Kanalizasiya sisteminə boşaltmayın; Tullantıların və konteynerin etibarlı şəkildə atın.
 
S61 Ətraf mühitə salmayın. Xüsusi istifadə təlimatları / təhlükəsizlik məlumatlarına baxın.
 
İstifadə edilərkən və anbarda saxlanılarkən diqqət ediləcək amillər.  
  • Küləkli havada çiləmə aparmayın.
  • Balıqlara zəhərlidir, yeraltı və yerüstü sularına bulaştırmakdan qaçının.
  • istifadə etdikdən sonra boş ambalajları üsuluna uyğun məhv edin, boşalan ambalajları başqa məqsədlər üçün qətiliklə istifadə edilməməlidir.
  • Tətbiq məqsədi ilə hazırlanan qarışıq həmən istifadə edilməlidir.
  • bitki qoruma məhsullarını boş qida və içki qutularına qoymayın.
 
Saxlama şəraiti: Normal (sərin və quru) şərtlər altında anbarlandıqda 2 il ərzində dərmanın fiziki, kimyəvi və bioloji xüsusiyyətlərində heç bir dəyişikliklər olmur.                          
 
ŞİRKƏT BƏYAMNAMƏSİ: Orijinal ambalajında satılmaq üçün istehsalçı məhsulların keyfiyyətini təmin edir. İstehsalçıları məhsulların düzgün saxlanması və ya düzgün tətbiq edilməməsi və ya tövsiyələrə uyğun gəlməməsi nəticəsində yaranmış ziyana görə məsuliyyət daşımır.
 
LİSENZİYA SAHİBİ:
ADAMA TURKEY Tarım Sanayi ve Ticaret

Axtarış

Ən çox satılan

Yeni məshullar

Hava durumu

Sertifikatlar