Mavrik
Aktiv maddə: 240 g/l TAU-FLUVALİNATE
Formulyasiya: Emulsiya, Suda Yağ (EW)
 
İstifadə olunduğu bitki və zərərvericilər
 
Bitki Adı
Zərərverici
Məsarif norması
Son çiləmə ilə yığım arasındaki  müddət
Alma
Alma qurdu (Cydia pomonella)
30 ml/100 l su sürfə
14 gün
Alma yaşıl yarpaq biti (Aphis pomi)             
10 ml/100 l su kuklacık və yetişkin
14 gün
Şaftalı
Yarpaq biti(Myzus persicae)
10 ml/100 l su
kuklacık və yetişkin
14 gün
Yunanfıstığı
Yunanfıstığı psillidi (Agonoscena pistaciae)
20 ml/100 l su
kuklacık və yetişkin
14 gün
Gilas
Alma yarpaqbükəni (Archips rosana)
 
30 ml/100 l su
yetişkin
14 gün
Pambıq
Pambıq yarpaqbiti (Empoasca decipiens, Asymmetrasca decedens)
20 ml/da
kuklacık və yetişkin
14 gün
Pomidor (istixana-Tarla)
Şaftalı yarpaq biti (Myzus persicae)
20 ml/da
kuklacık və yetişkin
3 gün
Portağal
Yarpaq birəsi (Asymetrasca decedens, Empoasca decipiens)
30 ml/100 l su
kuklacık və yetişkin
21 gün
 
DƏRMAN PREPARATININ İSTİFADƏYƏ HAZIRLANMASI:
Tövsiyə olunan preparat lazım olan miqdarda ayrı bir qabda su ilə qarışdırılaraq həll edilir.Çiləyicinin çəni yarıya qədər su ilə doldurulur.Hazırlanmış məhlul çiləyicinin qarışdırıcısı işləyə-işləyə çənə tökülür.Qarışdırma davam edərək qalan su da çənə əlavə edilir.Çiləmə başa çatana kimi qarışdırılma dava etdirilir.Hazırlanmış işçi məhlul həmin gün istifadə olunmalıdır.
 
TƏNZİMLƏNMƏSİ:
Tətbiqdən əvvəl çiləyici aparatının tənzimləmə işləri aparılmalıdır. Xüsusi sahədə tətbiq olunacaq qarışıq miqdarı tətbiqlərdə yaxşı bir örtük təmin etmək üçün düzəldilməlidir.Tətbiq günü sərin saatlarında,küləksiz və ya az küləkli hava şəraitində edilməlidir.
 
ÇİLƏYİCİ APARATININ TƏMİZLİYİ:
Dərman preparatının istifadəsi tamamlandıqdan sonra çiləyicinin içərisində olan dərman preparatının tamamilə  boşalmasından əmin olun. Çiləyicinin çəninə təmiz su dolduraraq qarıştırıcını işe salmaqla bütün hissəcikləri yayxalayın. Yayxalama işlərini su kanallarına yaxın aparmayın. Yayxalanmış suyu su kanallarına boşaltmayın
 
BİTKİ QORUMA PREPARATININ  İSTİFADƏ QAYDASI:
MAVRİK 2F kontakt və mədə təsirlidir. Bitkilərin hər tərəfinin xüsusilə yarpaq altı səthlərinin yaxşıca ıslatılması lazımdır. Meyvə ağaclarında yüksək təzyiqli spreylər və bol su ilə yaxşı bir sprey dərmanın effektivliyini artıracaqdır. Digər bitkilərdə, ən yaxşı nəticələr, təzyiqli bir çiləyici və ya çiləyici ilə bitki hər tərəfini nəmləndirməklə əldə edilir. Bunun üçün nazik bir məmə istifadə edilməlidir. Tövsiyə edilən dozanın vahid sahəyə atılabilmesi üçün, əvvəl dərmanlama alətinin kalibrləmə edilər. Bunun üçün istifadə olunan çiləyici alətlə yalnız su müəyyən bir sahəyə (ən azı 100m2) spreylənir və istifadə olunacaq su miqdarı hesablanır.
Alma içqurdu.alma içqurdu'na qarşı ediləcək çiləmələr təxmin və erkən xəbərdarlıq sisteminə görə istiqamətləndirilməlidir. Alma içqurdu mübarizəsində hədəf, hər Dole aid sürfə çıxışı müddətində ağacları dərmanları alaraq yumurtadan çıxan sürfələri meyvə içinə girmədən əvvəl öldürməkdir.
Alma yaşıl yarpaq biti.Vegetasiya müddətində 15 bulaşıq zoğ görüldüyündə tətbiq edilməlidir.
ŞaftalıYarpaq biti   çiçək tumurcuqlarının meydana çıxmasından, populyasiyani ¾'ü qanadlı forma dönüşüncəyə qədər 50 ağacda 7 bulaşıq daha rastlanıldığında tətbiq edilməlidir.
Yunanfıstığı psillidi Hər bir yarpaq başına 20-30 ədəd bir mürəkkəb yarpaqda həftədə 100 sayda təsbit edildikdə, yumurtaların əksəriyyəti açılmalı və ilk yetişkin parazitoid fumaginin yarpaq səthində salınmasından əvvəl püskürtülməlidir.
Gilasda Alma yarpaqbükəni.qış mövsümündə edilən yoxlamalarda ağac başına 7 ədəd yumurta paketi müəyyən olunan bağçalarda, erkən yazda isə yarpaq və hələ açmamış çiçək buketlerinde sürfə ilə yoluxma nisbəti% 5-i keçəndə dərmanlama edilər.
Pomidorda Şaftalı yarpaq bitiŞaftalı yarpaq biti mübarizəsində bir yarpağa düşən zərərvericilərin sayını müəyyən etmək üçün, yarpaqları, diaqonal boyunca sahəyə girərək hər 3-5 addımdan təsadüfi bir şəkildə kəsilir. Bir yarpağa düşən zərərli sayı 10-20 ədəd isə mübarizəyə başlamaq lazımdır. Buna baxmayaraq, parasitoidlər və yırtıcılar dərman preparatları üzərində qərar verməzdən əvvəl faydaların effektivliyini nəzərə almalıdırlar.
Portağalda Yarpaq birəsi. Bağdakı meyvələrdə rəng dəyişmə başladığı dövrdə tətbiqə başlanılır. Bu dövr adətən sentyabr ayının əvvəlinə düşür, bəzi gec yetişən növlərdə (qara naringi, valensiya və bəzi yerli portağallarda) isə sentyabr ayının soyu – oktyabr ayıdır. Bu dövrdə portağal bağçasında 25 ağacda onlarca meyvə olmaqla cəmi 250 meyvə nəzarətdən keçirilir. Meyvələrin üzərində 1 cm diametrində ləkə görüldüyü halda meyvə yoluxmuş sayılır (Çox kiçik ləkələrin  2-3 ədədi 1 ləkə kimi gəbul edilir). Nəzarət edilən ümumi meyvələrin ən az 15 ədədi yoluxduğu halda dərmanlamaya qərar verilir.
 
DAVAMLILIQ ŞƏRTLƏRİ:
MAVRİK 2 F adlı bitki qoruma məhsulu, təsir mexanizminə görə Qrup 3A olaraq təsnif bir insektisittir. Eyni təsir mexanizminə sahib bitki qoruma məhsullarının təkrarlayan proqramlar, müqavimət inkişafını təşviq edir. Bu səbəblə müqavimət inkişafını gecikdirmək üçün MAVRİK 2F'nin eyni istehsal mövsümü içərisində təklif edilən ümumi tətbiq sayını aşmayın. Tətbiqin təkrarlanması lazım olduğu hallarda isə, fərqli təsir mexanizminə sahib (Qrup 3A xarici) İnsektisit istifadə edilməsinə diqqət yetirin.
 
QARIŞDIRILMASI:
Qələvi dərmanlar istisna olmaqla MAVRİK 2F bilinən bir çox dərmanla qarışa bilər. Ancaq əkinçiyə öz imkan və məsuliyyətində bir ön qarışıq sınağı məsləhətdir.
 
Əvvəlcə etiketi oxuyun
  • Evdə istifadə etməyin
  • Uşaqlardan və qidalardan uzaq saxlayın
  • Dərman buxarı və zərrələri ilə tənəffüs etməyin
  • Maska,qoruyucu geyim,əlcək və gözlükdən istifadə edin
  • Çiləmə əsnasında heç bir şey yeməyin
  • Siqaret çəkməyini.
  • Dərmanlanmış sahəyə 1 gün insan və heyvan buraxılmamalıdır
Tövsiyə edilən preparatlardan başqa digərlərinin istifadəsi qəti qadağandır.
 
İstifadə olunan bitki mühafizə preparatın boş qabının dördə bir hissəsini təmiz su ilə doldurub,yaxşıca çalxalayın və çalxalanmış suyu çiləyicinin çəninə boşaldın.Bunu üç dəfə təkrarlayın.
 
 
Zəhərlənmə ƏLAMƏTLƏRİ: Mədə bulanması, mərkəzi sinir sistemində iflic, göz yaşarması, tüpürcək, burun axması. Dərinizlə təmasda olan paresteziya effektləri (qaşınma, yanma və ya uyuşma) müvəqqəti olur və 24 saatdan uzun sürmür.
 
İlk yardım tədbirləri
 
Göz: Təmas  halında 15-20 dəqiqə göz açıqkən bol su ilə yuyun. Həkimə müraciət olunmalıdır.
Dəri: Təmas halında geyimi çıxarın. Bədən hissələri bol su və sabunla yuyun. Həkimə müraciət olunmalıdır. Boğazdan keçməsi: Dərhal tibbi yardım ilə təmin edin. Həkimin nəzarətində, xəstəni qusturun. Şüuru bağlı xəstəyə ağızdan bir şey verilməz və qusturulmaz.
Qoxlama vasitəsilə: Təsirə məruz qalan şəxs təmiz havaya çıxarılmalıdır. Əgər nəfəs almaqda çətinlik çəkirsə, süni tənəffüs verin. Dərhal həkimə müraciət edilməlidir
 
ANTİDOTU  və Müalicə
Xüsusi antidot yoxdur. Əlamətlər görə müalicə tətbiq olunur.
 
DİQQƏT EDİLƏCƏK  İFADƏLƏR
H410 Su mühitində uzunmüddətli, çox zəhərli təsir
 
TƏDBİR İFADƏLƏRİ (P):
P102 Uşaqların çata bilməyəcəyi yerdə saxlayın.
P280 Qoruyucu paltar, əlcək, göz və üz qoruyucu istifadə edin.
P501 içindəkiləri / qabı təsdiqlənmiş bir tullantı saxlama sahəsində aradan edin.
EUH401 İnsan sağlamlığına və ətraf mühitə istiqamətli riskləri önləmək üçün, istifadə etmə dair təlimatlara riayət edin.
 
İstifadə edilərkən və anbarda saxlanılarkən diqqət ediləcək amillər.
  •  Balıqlara zəhərlidir.
  •  Yeraltı və yerüstü sularına bulaştırmaktan qaçının.
  •  Küləkli havada dərmanlama etməyin.
  • Boş dərman qablarını üsuluna uyğun məhv edin.
  •  Digər məqsədlər üçün heç vaxt boş paketləri istifadə etməyin.
  •  Boşalan qida və içki qutularına bitki qoruma məhsulu qoymayın.
  •  Arılara zəhərlidir, çiçəklənmə zamanı istifadə etməyin.
 
Saxlama şəraiti: Normal (sərin və quru) şərtlər altında anbarlandıqda 2 il ərzində dərmanın fiziki, kimyəvi və bioloji xüsusiyyətlərində heç bir dəyişikliklər olmur                          
 
ŞİRKƏT BƏYAMNAMƏSİ: Orijinal ambalajında satılmaq üçün istehsalçı məhsulların keyfiyyətini təmin edir. İstehsalçıları məhsulların düzgün saxlanması və ya düzgün tətbiq edilməməsi və ya tövsiyələrə uyğun gəlməməsi nəticəsində yaranmış ziyana görə məsuliyyət daşımır.
 
RUHSAT SAHİBİ:
ADAMA TURKEY Tarım Sanayi ve Ticaret

Axtarış

Ən çox satılan

Yeni məshullar

Hava durumu

Sertifikatlar