Plemax
Aktiv maddə: 240 qr/l Indoxacarb və 80 qr/l Novaluron
Formulyasiya: Suspenziya Konsentratı (SC)
 
İstifadə olunduğu bitki və zərərvericilər
 
Bitki Adı
 
Zərərverici
 
Məsarif norması
Son çiləmə ilə yığım
Arasındaki  müddət
 Alma
Alma içqurdu
(Cydia pomonella)
20 ml / 100 L
28 gün
 
 
DƏRMAN PREPARATININ İSTİFADƏYƏ HAZIRLANMASI: Tövsiyə olunan preparat lazım olan miqdarda ayrı bir qabda su ilə qarışdırılaraq həll edilir.Çiləyicinin çəni yarıya qədər su ilə doldurulur.Hazırlanmış məhlul çiləyicinin qarışdırıcısı işləyə-işləyə çənə tökülür.Qarışdırma davam edərək qalan su da çənə əlavə edilir.Çiləmə başa çatana kimi qarışdırılma davam etdirilir.Hazırlanmış işçi məhlul həmin gün istifadə olunmalıdır.
 
TƏNZİMLƏNMƏSİ: Tətbiqdən əvvəl çiləyici aparatının tənzimləmə işləri aparılmalıdır. Xüsusi sahədə tətbiq olunacaq qarışıq miqdarı tətbiqlərdə yaxşı bir örtük təmin etmək üçün tənzimlənməlidir. Çiləmə günün sərin saatlarında,küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.
 
ÇİLƏYİCİ APARATININ TƏMİZLİYİ: Dərman preparatının istifadəsi tamamlandıqdan sonra çiləyicinin içərisində olan dərman preparatının qalığı tamamilə  boşalmasından əmin olun. Çiləyicinin çəninə təmiz su dolduraraq qarıştırıcını işe salmaqla bütün hissəcikləri yayxalayın. Yayxalama işlərini su kanallarına yaxın aparmayın. Yayxalanmış suyu su kanallarına boşaltmayın.
 
BİTKİ QORUMA PREPARATININ  İSTİFADƏ QAYDASI:
 
Alma İçqurdu: Alma içqurdu'na qarşı ediləcək çiləmələr təxmin və erkən xəbərdarlıq sisteminə görə istiqamətləndirilməlidir. Alma İçqurdu mübarizəsində hədəf, hər Dole aid sürfə çıxış müddətində aparılmalıdır.
 
DAVAMLILIQ ŞƏRTLƏRİ:
Plemax® adlı bitki qoruma məhsulu təsir mexanizminə görə Qrup 22A və Qrup 15 olaraq təsnif bir insektisittir. Eyni təsir mexanizminə sahib bitki qoruma məhsullarının təkrarlayan proqramlar, müqavimət inkişafını təşviq edir. Bu səbəblə müqavimət inkişafını gecikdirmək üçün Plemax®'ın eyni istehsal mövsümü içərisində təklif edilən ümumi tətbiq sayını aşmayın. Tətbiqin təkrarlanması lazım olan vəziyyətlərdə isə, fərqli təsir mexanizminə sahib (Qrup 22A və Qrup 15 xarici) İnsektisit istifadə edilməsinə diqqət yetirin.
 
QARIŞDIRILMASI:
Plemax® bir çox tanınmış və tövsiyə olunan funqisid və insektisit ilə qarışdırıla biləcəyi üçün digər bitki mühafizəsi məhsulları ilə uyğunlaşma bu məhsulların formuluna mane ola bilər və istifadə olunan suyun təbiəti tətbiq olunmadan əvvəl fiziki uyğunluq testi aparılmalı və kiçik sahələr üzrə ilkin tətbiqdən sonra istifadə edilməlidir.
 
Əvvəlcə eiketi oxuyun
  • Evdə istifadə etməyin
  • Uşaqlardan və qidalardan uzaq saxlayın
  • Dərman buxarı və zərrələri ilə tənəffüs etməyin
  • Maska,qoruyucu geyim,əlcək və gözlükdən istifadə edin
  • Çiləmə əsnasında heç bir şey yeməyin
  • Siqaret çəkməyini.
  • Dərmanlanmış sahəyə 1 gün insan və heyvan buraxılmamalıdır
Tövsiyə edilən preparatlardan başqa digərlərinin istifadəsi qəti qadağandır.
İstifadə olunan bitki mühafizə preparatın boş qabının dördə bir hissəsini təmiz su ilə doldurub,yaxşıca çalxalayın və çalxalanmış suyu çiləyicinin çəninə boşaldın.Bunu üç dəfə təkrarlayın.
 
Zəhərlənmə ƏLAMƏTLƏRİ:  Ümumi zəhərlənmə əlamətləri görülə bilər.
 
İlk yardım tədbirləri
Göz: Təmas  halında 15-20 dəqiqə göz açıqkən bol su ilə yuyun. Həkimə müraciət olunmalıdır.
Dəri: Təmas halında geyimi çıxarın. Bədən hissələrini bol su və sabunla yuyun. Həkimə müraciət olunmalıdır. Boğazdan keçməsi: Dərhal tibbi yardım ilə təmin edin. Həkimin nəzarətində, xəstəni qusturun. Şüuru bağlı xəstəyə ağızdan bir şey verilməz və qusturulmaz.
Qoxulama vasitəsilə: Təsirə məruz qalan şəxs təmiz havaya çıxarılmalıdır. Əgər nəfəs almaqda çətinlik çəkirsə, süni tənəffüs verin. Dərhal həkimə müraciət edilməlidir
 
ANTİDOTU  və Müalicə
Xüsusi antidot yoxdur. Əlamətlər görə müalicə tətbiq olunur
 
DİQQƏT EDİLƏCƏK  İFADƏLƏR
H372 Uzun müddət və ya təkrar məruz qaldıqdan sonra orqanlara zərər verə bilər.
H410 Su mühitində uzunmüddətli, qalıcı və toksinli təsirə malikdir.
EUH208, 1,2-Benzisotiyazolin-3-ondan ibarətdir. Allergik reaksiyaya səbəb ola bilər.
 
Qabaqlayıcı Tədbirlər:
P102 Uşaqların çata bilməyəcəyi yerdə saxlayın.
P264 İstifadə edildikdən sonra hərtərəfli bulaşmış dərini yuyun.
P270 Bu məhsulu istifadə edərkən heç bir şey yeməyin, içməyin və ya siqaret çəkməyin.
P280 Qoruyucu əlcək / qoruyucu paltar / göz qoruyucu / üz qoruyucu istifadə edin.
P501 Tərkibi / konteynerin təsdiq edilmiş tullantı sahələrində bertaraf edilməsi.
EUH401 İnsan sağlamlığı və ətraf mühitə qarşı risklərin qarşısını almaq üçün, əməliyyat təlimatlarına əməl edin.
 
İstifadə edilərkən və anbarda saxlanılarkən diqqət ediləcək amillər.  
  • Balıqlara zəhərlidir.
  • Yeraltı və yerüstü sularına bulaştırmaktan qaçının.
  • Çox isti və quraq şərtlərdə ayrıca mədəniyyət bitkisi stress altındaykən uygulanmamalıdır.
  • Boş dərman qablarını üsuluna uyğun məhv edin.
  • Digər məqsədlər üçün heç vaxt boş paketləri istifadə etməyin.
  • Bitki qoruma məhsullarını boş qida və içki qutularına qoymayın.
Saxlama şəraiti: Normal (sərin və quru) şərtlər altında anbarlandıqda 2 il ərzində dərmanın fiziki, kimyəvi və bioloji xüsusiyyətlərində heç bir dəyişikliklər olmur.
 
ŞİRKƏT BƏYAMNAMƏSİ: Orijinal ambalajında satılmaq üçün istehsalçı məhsulların keyfiyyətini təmin edir. İstehsalçıları məhsulların düzgün saxlanması və ya düzgün tətbiq edilməməsi və ya tövsiyələrə uyğun gəlməməsi nəticəsində yaranmış ziyana görə məsuliyyət daşımır.
 
LİSENZİYA SAHİBİ:
ADAMA TURKEY Tarım Sanayi ve Ticaret

 

Axtarış

Ən çox satılan

Yeni məshullar

Hava durumu

Sertifikatlar