REEVİT C

REEVIT C 1000 Toz 

 

Tərkibi: 

Hər 1 qramın tərkibində: 

C vitamini (Ascorbic Acid)     1000 mq 

 

Xüsusiyyətləri  və göstərişlər: 

REEVİT C 1000 iri və xırda buynuzlu heyvanlarda meydana gələn C vitaminin çatışmazlığının   müalicəsi və aradan qaldırılması üçün nəzərdə tutulub. REEVİT C 1000 immun sisteminin güclənməsində böyük rola malikdir; bakterial infeksion xəstəliklərə qarşı müqaviməti artırır, sümüyün formalaşmasına, dəri hüceyrələrinin yaranmasına  şərait yardır, onları qoruyur. 

 

 REEVİT C 1000 qidalı maddələrin absorbsiyasını sürətləndirir və dəmirin, kalsiumun və digər qidalı maddələrin yaxşı mənimsənilməsinə şərait yaradır. 

 

REEVİT C 1000 bala çıxarma dərəcəsini yaxşılaşdırır, quşçuluqda məhsuldarlığı yüksəldir. 

 

REEVİT C 1000 temperatur gərginliyi, vaksinasiyadan sonra yaranan pozuntunu aradan qaldırmaq üçün də nəzərdə tutulub. 

 

REEVİT C 1000 müxtəlif heyvan və quş növlərinin erkək və dişi fərdlərində məhsuldarlığı yaxşılaşdırmaq üçün tövsiyə olunub. 

 

Dozalama və istifadəsi

 

Quşlar: 

25 qm/200 litr içməli suya 5-7 gün 

Yem qatışığı kimi:  

7 gün ərzində gərgin  vəziyyətlərdə 1 kq/4 ton yem

Buzov, dayça, qoyun və keçilər. 

0.5 qm/100 kq bədən çəkisi 7-10 gün ərzində 

Mal-qara, at və dəvələr: 

0.5 qm /200 kq bədən çəkisi  7-10 gün ərzində

Gözləmə dövrü:  yoxdur 

 

Saxlama şəraiti: 

30° C-dən aşağı temperaturda, quru yerdə saxlamaq. 

 

Qablaşdırma: 

1 kq . 

Search

Best-Selling Products

New products

Weather

Certificates