Bolver
Növü: Yarpaq gübrəsi
Preparativ forması: 8% - azot, 4%-fosfor, 3%-kalium, 0.08% - kükürd, 0.06% - magnezium, 0.012% - bor, 0.035% - dəmir, 0.012% - manqan, 0.004% - mis, 0.004% - sink, 0.0025% - kobalt və 0.0015% molibden
Qablaşdırılma: 1 lt
 
Təsiretmə mexanizmi:
Bolver kontakt təsirə malikdir. Bitkiyə çiləndikdə yarpaqlar tərəfindən asanlıqla mənimsənilir. Bitki torpaqdan ala bilmədiyi qida elementlərini yarpaqdan asanlıqla alır və nəticədə fotosintez sürətlənir, məhsuldarlıq artır və bitkinin yaşıllaşmasına səbəb olur.
 
Tətbiq olunma müddəti və norması:
Bolver vegetasiya müddətində çimələ üsulu ilə aşağıda göstərilən bitkilərin məhsuldarlığını artırmaq üçün istifadə olunur:
Bitki adı
Tətbiq zamanı
Məsarif norması
Meyvə bitkiləri
Meyvə fındıq böyüklüyündə olanda ilk dəfə çiləmə aparılır. 6-7 dəfə təkrar edilir.
3 lt/1000 lt su
Tərəvəz
Göstərilən məsarif norması ilə 1 ha üçün çiləmə aparılır. Xəstəliklər əleyhinə mübarizə ilə eyni vaxtda aparılır və 2-4 dəfə təkrar olunur  
3 lt/400-500 lt su
Üzüm
Göstərilən məsarif norması ilə 1 ha üçün çiləmə aparılır. Mildiyö xəstəliyinə qarşı müalicə ilə eyni vaxtda başlanılır və 3-4 dəfə təkrar olunur
3 lt/1000 lt su
Dənli bitkilər
Göstərilən məsarif norması ilə 1 ha üçün çiləmə aparılır. Alaq otlarına qarşı mübarizə ilə eyni vaxtda aparılır
3 lt/300-400 lt su
Gül bitkiləri
3 həftədən bir 3-4 dəfə təkrar edilir
3 lt/1000 lt su
Örtülü sahədə becərilən bitkilər
Həftədə 1 dəfə çiləmə aparılır
1 lt/1000 lt su
 
Qarışdırıla bilmə xüsusiyyətləri:
Bordo məhlulu və kükürddən başqa digər insektisid, funqisid, akarisid və herbisidlərlə qarışdırılıb istifadə edilə bilər.
 

Search

Best-Selling Products

New products

Weather

Certificates