Hava Haqqında

EMA MMC

"EMA" şirkəti 1996-cı ildə fəaliyyətə başlayib. 16 iyul 1996-cı il tarixində Azərbaycan Milli Məclisi Respublikada aqrar islahatın keçirilməsi üçün qanun qəbul edir. Həmən ilin 13 avqustunda ölkə Prezidenti bu qanunun icra olunmasına dair sərəncam imzalayır. Bu kompaniyanın gedişinə nəzarət məqsədilə Nazirlər Kabinetinin yanında Dövlət Komissiyası təşkil edilir.

"EMA" MMC Avropanın və Amerikanın qabaqcıl pestisid istehsal edən şirkətləri ilə müqavilə əsasında iş birliyi qurmuş, bir neçə şirkətin Azərbaycanda rəsmi distribüteri kimi fəaliyyət göstərir. Bunlar Almaniyanın "Basf", Amerikanın "Stokton", Bolqarıstanın "Lewey Marketing" Yunanstanın "Agriforce", İspaniyanın "Genta", "Atlantika", Fransanın "Fertiplus", Türkiyənin "Hektaş", Meksikanın "IQC", İsrailin "Adama", İtaliyanın "Adriatica", Türkiyənin "Candem" şirkətləridir.


Şirkət texniki, realizasiya, marketing, mühasibatlıq və servis-dezinfeksiya şöbələrindən ibarətdir:
1. Bitki mühafizəsi sahəsi (import və realizasiya)
Pestisidlər (insektisidlər, funqisidlər, herbisidlər və sairələr) Makro, mikro gübrələr
Toxumlar
2. Baytarlıq sektoru
Baytarlıq dərman preparatları
Yem və yem qatqıları
Heyvandarlıq sahəsi üçün mexaniki vəsaitlər

3. Sulama sistemi
Damcı- sulama sistemi
Damcı- püskürtmə sistemi

4. Dezinfeksiya və deratizasiya
Məişət obyektləri, otellər və iaşə obyektləri
Bağlar və şəxsi həyətyani sahələrin dərmanlanması, Amerika və Avropa istehsalçılarının texnikası ilə dezinfeksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsi.

5. Aqrotexniki servis
Dərman preparatlarının sahələrə səpilməsi üçün Turbo və Ştanklı çiləyicilər.

2010 ildə müştərilərin sayı və təlabatları genişləndiyi səbəbindən və həmçinin fermerlərin vaxtını və rahatçılıqını düşünərək Xaçmaz rayonunun Yergüc kəndində şirkətin “EMA Fermer Evi” filialı fəaliyyətə başlamışdır.

Partnyorlarımız

Sertifikatlarımız