Hava Haqqında

Valsarel

Məhsul Haqqında

Aktiv maddə: 48 % Xlorprifos, 5 % Sipermetrin

Formulyasiya: Emulsiya konsentratı

Özəlliklər: Kontakt, bağırsaq və qaz təsirli insektisiddir. Geniş spektrli insektisid olmaqla bərabər, əlverişsiz hava şəraitində də çox yaxşı təsir göstərir. Bitki tərəfindən çox tez sovrulur. Əgər tətbiq olunduqdan 2 saat sonra yağış yağarsa, preparatın effektliyi aşağı düşmür. Uzun müddətli təsiretmə qabiliyyətinə malikdir. Yetkin fərdlərə, o cümlədən sürfələrin bütün inkişaf mərhələlərinə çox yaxşı təsir göstərir. Örtülü şəraitdə olan ziyanvericilərə də əhəmiyyətli təsir göstərir. 

Qablaşdırma: 1l

 

 

 

İstifadə edildiyi bitki və xəstəliklər

Bitki adı

Ziyanvericilərin adı

Məsarif norması

Meyvə ağacları

Alma meyvəyeyən 
Yarpaqbükən 
Amerika ağ kəpənəyi
Mənənə 
Kaliforniya yastıcası 
Güvə, çiçəkyeyən 
Mişarlayıcı 
Gənə

1,0 - 1,25 lt/1000 lt.su

Kartof   

Kolorado böcəyi

0,5 lt/ha

Şəkər çuğunduru

Kompleks zərərvericilər

0,6 lt/ha 
1,0 - 1,5 lt/ha

Taxıl

Kompleks zərərvericilər

0,5 - 0,6 lt/ha